“Neftçi” üstünlüyü qoruya biləcəkmi?

0
296

Bu gün Avropa Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq. Cavab oyunları çərçivəsində baş tutacaq qarşılaşmalarda üç Azərbaycan klubu da meydana çıxacaq.

Öncə Bakıdakı matç start götürəcək. “Keşlə” öz meydanında “Baltsan”ı qəbul edəcək. Bakılılar 1:4 hesablı səfər məğlubiyyətinin əvəzini çıxmağa çalışacaq.

“Qəbələ” Lüksemburqda “Proqres”lə görüşəcək. Əyalət təmsilçisi evdəki 0:2 hesablı yenilginin revanşı üçün mübarizə aparacaq.

 

“Neftçi” isə Macarıstanda “Uypeşt”in qonağı olacaq. Bakılılar 3:1 hesablı qələbədən sonra üstünlüyünü qorumalıdı.

Avropa Liqası

I təsnifat mərhələsi

Cavab oyunları

19 iyul

 

21:00. “Keşlə” (Azərbaycan) – “Baltsan” (Malta)

Baş hakim: Mixail Vilkov

Baş hakimin köməkçiləri: Aleksey Vorontsov, Vladimir Mineviç

Dördüncü hakim: Aleksey Suxoy (hamısı Rusiya)
Hakim-inspektor: Stefen Lodj (İngiltərə)
UEFA nümayəndəsi: Krouford Uilson (Şimali İrlandiya)

Bakı. “Dalğa Arena”

İlk oyun – 1:4

 

21:30. “Proqres” (Lüksemburq) – “Qəbələ” (Azərbaycan)

Baş hakim: Keyt Kennedi

Baş hakimin köməkçiləri: Stefen Donaldson, Kristian Fransis Hanna

Dördüncü hakim: Evan Boys (hamısı Şimali İrlandiya)
Hakim-inspektor: Milan Karadjiç (Serbiya)
UEFA nümayəndəsi: Oleq Xarlamov (Estoniya)

Differdanj. Şəhər Munisipal stadionu

İlk oyun – 2:0

 

23:00. “Uypeşt” (Macarıstan) – “Neftçi” (Azərbaycan)

Baş hakim: İoannis Papadopulos

Baş hakimin köməkçiləri: Trifon Petropulos, Vasilios Kamburis

Dördüncü hakim: Angelos Evangelou (hamısı Yunanıstan)
Hakim-inspektor: Bernardino Qonzalez Vazkes (İspaniya)
UEFA nümayəndəsi: İmon Nauqton (İrlandiya)

Budapeşt. Şuşa Ferens stadionu

İlk oyun – 1:3