“Neftçi” uduzdu, AZAL “Kəpəz”dən bir xal aldı

403

Bu gün Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun daha iki qarşılaşması keçirilib.

 

Dövrənin son günü autsayderlərin dueli ilə başlayıb. Bu il qələbə qazana bilməyən “Kəpəz”lə AZAL Gəncədə üz-üzə gəlib. Görüşdə hesabı meydan sahibləri açsalar da, son dəqiqədə buraxdığı qolla yenə qələbə üzünə həsrət qalıblar. Vaqif Cavadov bakılıları məğlubiyyətdən xilas edib. Tərlan Əhmədovun yetirmələri bu nəticə ilə 6 turluq məğlubiyyət seriyasına da son qoyublar.

 

Çempionatın III dövrəsi paytaxt derbisi ilə yekunlaşıb. İlin ən yaxşıları arasında olan “Neftçi” və “Zirə” 8-ci km stadionunda qarşılaşıblar. Hesabı “ağ-qaralar” açsalar da, sevincləri qısa çəkib. Seqoviyanın penaltidən vurduğu qola Navalovski avtoqolla “cavab verib”. Duriçin uzaq zərbədən vurduğu baxımlı qol isə “Zirə”yə qələbə qazandırıb. Bu nəticə ilə “Neftçi”nin “Zirə”yə qarşı qalib gələ bilməmək seriyası da davam edib.

 

Qeyd edək ki, III dövrənin oyunlarından sonra Premyer Liqada çox qısa fasilə yaranacaq. Azərbaycan millisinin Qətərlə yoxlama matçı ilə əlaqədar növbəti tur gələn həftəsonu deyil, martın 13-də başlayacaq.

 

Azərbaycan Premyer Liqası

XXI tur

5 mart (bazar)

 

“Neftçi” – “Zirə” – 1:2

Qollar: Seqovia, 60 (pen.) – Navalovski, 62 (öz qapısına), Duriç, 79

 

Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Cavanşir Yusifov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Şaiq Həmidov
8-ci km stadionu

 

“Neftçi”: 53. Maksim Vaylo, 26. Kamal Qurbanov, 6. Pavel Dreksa, 25. Kiril Petrov, 29. Georgi Navalovski (k), 8. Zdenek Folprext, 12. Daniel Seqovia, 17. Rəhman Hacıyev, 80. Edson Kastilya, 7. Namiq Ələsgərov, 23. Tərzin Cahangirov
Ehtiyat oyunçular: 33. Boban Baykoviç, 95. Elvin Bədəlov, 9. Uqo Barqas, 11. İqnasio Herrera Fernandes, 13. Murad Ağayev, 27. Məqsəd İsayev, 19. Fəhmin Muradbəyli
Baş məşqçi: Elxan Abdullayev

 

“Zirə”: 85. Kamal Bayramov, 5. Adil Nağıyev, 23. Yovan Krneta, 39. Sadiq Quliyev, 11. Viktor İqbekoyi, 28. Təmkin Xəlilzadə, 6. Vüqar Mustafayev, 8. Milan Duriç, 10. Elvin Məmmədov (k), 20. Sezar Meza Kolli, 43. Riçard Qadze
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 7. Amadu Sanqar, 13. Aleksandr Şemonayev, 17. Vüsal İsgəndərli, 26. Georgi Qorozia, 38. İlkin Muradov, 92. Cavid Tağıyev
Baş məşqçi: Ayxan Abbasov

 

“Kəpəz” – AZAL – 1:1

Qollar: Şəhriyar Əliyev, 38 – Vaqif Cavadov, 90

 

Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Mehman Mahmudov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Kərim Ağayev
Gəncə şəhər stadionu

 

“Kəpəz”: 30. Davud Kərimi, 21. Novruz Məmmədov, 36. Renan Silva, 25. Şəhriyar Əliyev, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 18. Tural Axundov (k), 77. Serjio Kosta, 19. Orxan Əliyev, 10. Dario Federiko, 90. Julien Ebah
Ehtiyat oyunçular: 88. Tadas Simaitis, 23. Tural Nərimanov, 15. Azad Kərimov, 80. Tural Rzayev, 6. Ceyhun Cavadov, 68. Əli Nuri, 7. Vüqar Bəybalayev
Baş məşqçi: Şahin Diniyev

 

AZAL: 23. Aqil Məmmədov, 24. Emin Cəfərquliyev (k), 18. Ruslan Əmircanov, 44. Omeqa Roberts, 5. Kamil Hüseynov, 91. Mehdi Taouil, 7. Kamal Mirzəyev, 21. Samir Məsimov, 8. Sadio Tounkara, 77. Arkadi Qalperin, 9. Röyal Nəcəfov
Ehtiyat oyunçular: 1. Tərlan Qasımzadə, 95. Şirməmməd Məmmədov, 3. Tural Hümbətov, 19. Elnur Süleymanov, 10. Nuqzar Kvirtiya, 70. Vaqif Cavadov, 11. Frank Madu
Baş məşqçi: Tərlan Əhmədov

 

 

Turnir cədvəli

 

1. Qəbələ

21

13

7

1

41-11

46

2. Qarabağ

21

14

3

4

36-11

45

3. İnter

21

9

9

3

31-21

36

4. Zirə

21

8

5

8

20-22

29

5. Sumqayıt

21

6

7

8

20-28

25

6. Neftçi

21

6

2

13

16-35

20

7. Kəpəz

21

3

9

9

14-24

17

8. AZAL

21

1

6

14

9-35

9

 

Bombardir: Filip Ozobiç (“Qəbələ”) – 11.