“Neftçi” mübarizəni dayandırdı

0
101

“Neftçi” bu gün Avropa Liqasında növbəti oyununa çıxıb.

Qol.az xəbər verir ki, paytaxt təmsilçisi 2-ci təsnifat mərhələsində Türkiyənin “Qalatasaray” klubu ilə qarşılaşıb. Bakı Olimpiya Stadionunda keçirilən oyun İstanbul təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da “Neftçi” Avropa Liqasında mübarizəni dayandırıb. “Qalatasaray” isə 3-cü mərhələdə “Hayduk”la (Xorvatiya) qarşılaşacaq.

Qeyd edək ki, “Neftçi” ilk mərhələdə Şimali Makedoniyanın “Şkupi” klubunu 2:1 udaraq mübarizədən kənarlaşdırmışdı.

17 sentyabr

Avropa Liqası

2-ci təsnifat mərhələsi

20:00. “Neftçi” (Azərbaycan) – “Qalatasaray” (Türkiyə) – 1:3 
Qollar:
 Mbaye Diane, 19 (0:1), Mamadu Mbodj, 46 (1:1), Kristian Luyindama, 48 (1:2), Mbaye Diane, 63 (1:3)
Hakimlər: Kevin Klensi, Devid Makqişi, Qrem Stüart, Euan Anderson (hamısı Şotlandiya)
Bakı Olimpiya Stadionu