“Neftçi” məğlub oldu, “Qarabağ” isə…

602

Bakının “Neftçi” futbol klubu avqustun 21-də UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda səfərdə Serbiyanın “Partizan” kollektivi ilə qarşılaşıb. Belqraddakı “Partizan” stadionunda keçirilən oyunda “Neftçi” 11-ci və 17-ci dəqiqələrdə Denis Silva Kruzun qolları ilə hesabda irəli çıxıb – 2:0.

Lakin bu qollardan sonra arxayınlaşan bakılılar qapılarında üç qol görüblər. Serbiyalılardan Petar Qrbiç 32-ci dəqiqədə “Neftçi”nin qapısına yol tapa bilib. Qarşılaşmanın 29-cu və 69-cu dəqiqələrində isə “Neftçi”nin futbolçuları Denis Silva Kruz və Elvin Yunuszadə avtoqolla yadda qalıblar.
Komandalar arasında cavab matçı bir həftədən sonra avqustun 28-də paytaxtımızda keçiriləcək.

UEFA Avropa Liqası yarışlarının pley-off mərhələsi çərçivəsində Ağdamın “Qarabağ” komandası isə Tofiq Bəhramov adına Respublika stadionunda Hollandiyanın “Twente” komandasını qəbul edib.
Almaniyalı baş hakim Manuel Qrafenin idarə etdiyi görüşdə hesab açılmayıb. Komandalar arasında cavab görüşü bir həftə sonra Hollandiyada keçiriləcək.