“Neftçi” məğlub oldu, “İnter” qalib gəldi

500

İyulun 17-də UEFA Avropa Liqası yarışlarının ikinci təsnifat mərhələsinin ilk oyunu keçirilib. Ölkəmizi turnirdə təmsil edən Bakının “Neftçi” futbol komandası ikinci təsnifat mərhələsinin ilk oyununda Sloveniyanın “Koper” komandasına 1:2 hesabı ilə məğlub olub..Qarşılıqlı hücumlar şəraitində keçən oyunda qolları “Koper” komandasının heyətində G.Galeşic (24), M.Palçiç (41) və “Neftçi”dən isə A.Abdullayev (45) vurublar.
Oyunu belaruslu Denis Şerbakov idarə edib. Ona həmyerliləri Dmitri Juk, Andrey Getikov kömək ediblər.
Cavab oyunu iyulun 24-də Sloveniyada keçiriləcək.

Bakının «İnter» komandası İsveçin «Elfsborq» futbol klubuna qalib gəlib. Avropa Liqasının 2-ci raundu çərçivəsində keçirilən oyun 1:0 hesabı ilə «İnter»in xeyrinə başa çatıb.
Oyunda yeganə topu rəqib qapısından «İnter»in yarımmüdafiəçisi Slavço Georgiyevski keçirib.