“Neftçi” “Koper”in dərsini verdi

547

Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin oyunları çərçivəsində  Azərbaycan kubokunun qalibi “Neftçi”  meydana çıxıb.

Böyükağa Hacıyevin rəhbərlik etdiyi komanda səfərdə Sloveniyanın “Koper” klubu ilə qarşılaşıb. İlk oyunda doğma meydanda rəqibinə uduzan (1:2) komandamız çətin sınaq qarşısında idi.

“Ağ-qaralar” mərhələni adlamaq üçün rəqib qapısından ən azı iki cavabsız qol keçirməli idi ki, bunu da bacarıb – 2:0. Bununla da, “Neftçi” Avroliqadakı mübarizəni davam etdirir.

 

Şəfa” stadionunda isə Bakının “İnter” və İsveçin “Elfsborq” komandaları arasında Avropa Liqasında ikinci təsnifat mərhələsinin cavab oyunu keçirilib. Qarşılıqlı mübarizə şəraitində keçən görüşün ilk hissəsinin son saniyələrində rəqib komanda hesabda önə çıxıb-0:1.
İkinci hissədə qapılara qol vurulmayıb və oyuna 30 dəqiqə əlavə vaxt təyin edilib. Lakin əlavə edilən vaxtda da komandalar fərqlənə bilməyiblər. Nəticədə qalib onbirmetirlik zərbələrlə müəyyən olunub. Daha dəqiq zərbələr vuran İsveç təmsilçiləri 4:3 hesablı qələbə ilə növbəti mərhələyə vəsiqə qazanıb. “İnter” ilk oyunda “Elfsborq”u 1:0 hesabı ilə məğlub etmişdi.