Nazirlər Kabinetinin yeni tərkibi: nazir və komitə sədrləri haralıdır?

0
881

Azərbaycan Prezidentinin 21 və 23 aprel 2018-ci il tarixli sərəncamları ilə Nazirlər Kabinetinin yeni tərkibi müəyyən edilib. “Yeniavaz” saytı xəbər verir ki, Prezidentin Sərəncamına əsasən Nazirlər Kabinetinə 13 yeni üzv daxil olub.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Nazirlər Kabinetinin strukturuna 35 dövlət qurumu daxildir. Bunlardan 18-i nazirlik, 8-i komitə, 5-i xidmət, 2-si administrasiya, 1-i agentlik, 1-i isə idarədir. Bu qurumlara rəhbərlik edən şəxslərdən əlavə Baş nazir və onun müavinləri də Nazirlər Kabinetini təşkil edirlər.

Prezidentinin 21 və 23 aprel 2018-ci il tarixli sərəncamlarından əvvəl Nazirlər Kabinetinin 40 üzvü olub və bunlardan 8-i əslən Naxçıvandan, 7-si Qərbi Azərbaycandan, 6-sı Bakıdan, 3-ü Gürcüstandan, 2-si Gəncədən, 2-si Şəmkirdən, 2-si isə Şəkidən olub. Eyni zamanda Füzuli, Cəbrayıl, Xocalı, Sumqayıt, Qubadlı, Sabirabad, Ağsu, Cəlilabad, Quba və Cənubi Azərbaycan da hər biri 1 nəfət “təmsilçi” ilə Nazirlər Kabinetində təmsil olunublar.

Dəyişiklikdən sonra Nazirlər Kabineti üzvlərinin ümumi sayı 40-dən 38-ə düşüb. Əvvəllər Baş nazirin müavinlərinin sayı 6 olduğu halda, dəyişiklikdən sonra onların sayı 4 olub. Hazırda Nazirlər Kabinetinə üzv olan 38 nəfərdən 9-u Bakıdan, 8-i əslən Naxçıvandan, 6-sı Qərbi Azərbaycandan, 2-si Gəncədən olub. Eyni zamanda Zəngilan, Cəbrayıl, Xocalı, Sumqayıt, Sabirabad, Cəlilabad, Gürcüstan, Şuşa, Gədəbəy, Qubadlı, Şəmkir, Şəki və Cənubi Azərbaycan da hər biri 1 nəfət “təmsilçi” ilə Nazirlər Kabinetində təmsil olunublar.

Nazirlər Kabineti üzvlərinin SİYAHISI:

– Novruz Məmmədov İsmayıl oğlu– Baş nazir:

1947-ci ildə Babək rayonunun Şıxmahmud kəndində anadan olub. (sələfi Rasi-zadə Artur Tahir oğlu da Naxçıvanlı olub)

– Eyyubov Yaqub Abdulla oğlu – Baş nazirin birinci müavini:

Doğum yeri Mingəçevir şəhəri göstərilir. Lakin, mətbuatda yer alan məlumatlardan belə görünür ki, baş nazirin müavini əslən Qərbi Azərbaycandandır.

– Əhmədov Əli Cavad oğlu – Baş nazirin müavini:

Qərbi Azərbaycanın Basarkeçər rayonunda anadan olub.

– Həsənov Əli Şamil oğlu – Baş nazirin müavini:

Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində doğulub.

– Abutalıbov Hacıbala İbrahim oğlu – Baş nazirin müavini:

1944-cü ildə Türkmənistan Krasnovodsk şəhərində anadan olub. Ata tərəfi Naxçıvan Muxtar Respublikasının Ordubad rayonundan, ana tərəfi isə Qərbi Azərbaycanın Mehri rayonundan olduğu bildirilir.

– Məmmədyarov Elmar Məhərrəm oğlu – Xarici işlər naziri:

Bakı şəhərində anadan olub. Məşhur akademik Məhərrəm Məmmədyarovun oğludur.

– Usubov Ramil İdris oğlu – Daxili işlər naziri:

Xocalı rayonunda anadan olub.

– Həsənov Zakir Əsgər oğlu – Müdafiə naziri:

Astara rayonunda doğulsa da, əslən Qərbi Azərbaycandandır.

– Məmmədov Fikrət Fərrux oğlu – Ədliyyə naziri:

Bakı şəhərində anadan olsa da, əslən Şəki rayonundandır.

– Camalov Yavər Talıb oğlu – Müdafiə sənayesi naziri:

Sabirabad rayonunun Çölbeşdəli kəndində anadan olub

– Şərifov Samir Rauf oğlu – Maliyyə naziri:

Rəsmi mənbələrdə doğum yeri göstərilməsə də, əslən Gürcüstandan olduğu məlumdur.

– Cabbarov Mikayıl Çingiz oğlu – Vergilər naziri:

Bakıda anadan olsa da, əslən Gəncədən olduğu məlumdur.

– Mustafayev Şahin Abdulla oğlu – Iqtisadiyyat və sənaye naziri:

Qərbi Azərbaycanın Noyemberyan rayonunda anadan olub

– Heydərov Kəmaləddin Fəttah oğlu – Fövqəladə Hallar naziri:

Naxçıvanda, Babək rayonunda anadan olub.

– Sahil Babayev Rafiq oğlu – Əmək və əhalinin sosial müdafiəsi naziri:

1980-ci ildə Bakı şəhərində anadan olub.

– İman Kərimov İmdad oğlu – Kənd təsərrüfatı naziri:

1977-ci ildə Bakı şəhərində anadan olub. Əslən Qərbi Azərbaycanın Göyçə mahalının Kəsəmən kəndindəndir.

– Qarayev Əbülfəz Mürsəl oğlu – Mədəniyyət naziri:

Bakıda anadan olub. Məşhur bəstəkar Qara Qarayevin qardaşı oğludur.

– Ceyhun Bayramov Əziz oğlu – Təhsil naziri:

1973-cü ildə Gədəbəy rayonunda anadan olub.

– Şirəliyev Oqtay Kazım oğlu – Səhiyyə naziri:

Bakıda anadan olsa da, əslən Cənubi Azərbaycandan olduğu bildirilir.

– Quluzadə Ramin Namiq oğlu – Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri:

Bakı şəhərində anadan olduğu qeyd olunur.

– Oktay Şahbazov Pərviz oğlu – Energetika naziri:

1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. Əslən Qərbi Azərbaycanın İrəvan şəhərindəndir.

– Rəhimov Azad Arif oğlu – Gənclər və idman naziri:

Bakı şəhərində anadan olduğu bildirilir.

– Muxtar Babayev Bahadur oğlu – Ekologiya və təbii sərvətlər naziri:

1967-ci ildə Bakıda anadan olub.

– Səfər Mehdiyev Məmməd oğlu – Dövlət Gömrük Komitəsinin sədri:

1973-cü ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan olub.

– Samir Nuriyev Rafiq oğlu – Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri:

1975-ci il tarixində Bakı şəhərində anadan olub.

– Hüseynova Hicran Kamran qızı – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri:

Bakı şəhərində anadan olsa da, əslən Qubadlı rayonundandır.

– Budaqov Tahir Yaqub oğlu – Dövlət Statistika Komitəsinin sədri:

Naxçıvan şəhərində anadan olub.

– Fuad Muradov Rauf oğlu – Diaspor ilə İş üzrə Dövlət Komitəsinin sədri:

1979-cu ildə Bakıda anadan olub.

– Mübariz Qəhrəman oğlu Qurbanlı – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri:

Şəmkir rayonunda anadan olub.

– Qoşqar Təhməzli İlahi oğlu – Qida Təhlükəsizliyi Agentliyinin sədri:

1970-ci ildə Zəngilan rayonunda anadan olub

– Həsənov Kərəm Əvəz oğlu – Əmlak Məsələləri Dövlət Komitəsinin sədri:

Cəlilabad rayonunda anadan olub.

– Qurbanov Qüdrət Qəmbər oğlu – Dövlət Dəniz Administrasiyasının rəisi:

Naxçıvan şəhərində anadan olub.

– Məmmədov Arif Əhməd oğlu – Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru:

Hansı rayonda anadan olduğu barədə rəsmi mənbələrdə heç bir məlumat yoxdur.

– Mədət Qəzənfər oğlu Quliyev – Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi:

Gəncə şəhərində anadan olduğu bildirilir.

– Orxan Sedyar oğlu Sultanov – Xarici Kəşfiyyat Xidmətinin rəisi:

Bakı şəhərində anadan olduğu bildirilir.

– Vüsal Hüseynov Əfqan oğlu – Dövlət Miqrasiya Xidmətinin rəisi:

1980-ci ildə Bakı şəhərində anadan olub

– Quliyev Elçin İsağa oğlu – Dövlət Sərhəd Xidmətinin rəisi:

Sumqayıt şəhərində anadan olduğu bildirilir.

– Paşayev Ataxan Əvəz oğlu – Milli Arxiv İdarəsinin rəisi:

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda anadan olub.

– Rəhimov Arzu Yusif oğlu – Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi:

Naxçıvan şəhərində anadan olub.

– Fuad Nağıyev Hümbət oğlu – Dövlət Turizm Agentliyinin sədri:

1975-ci ildə Bakı şəhərində anadan olub.

– Rövşən Rzayev Şükür oğlu – Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri

1962-ci ildə Bakı şəhərində anadan olub. Əslən Şuşa şəhərindəndir.