Nazir: “ATƏT müşahidəçilərinin sayının artırılması üçün iş aparılır”

411

ATƏT sədrinin şəxsi nümayəndəsi Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏTmüşahidəçilərinin sayının artırılması üçün praktik parametrlərin razılaşdırılması istiqamətində çalışır”.

 

APA-nın məlumatına görə, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.

 

S. Lavrov bildirib ki, təmas xəttində ATƏT müşahidəçilərinin sayının artırılması məsələsi 2016-cı ilin mayında Ermənistan və Azərbaycan prezidentlərinin Vyanada həmsədr ölkələrin xarici işlər nazirləri ilə birgə toplantısında və iyunda Sankt-Peterburqda hər iki ölkə prezidentinin və Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən görüşdə müzakirə edilib: “Bundan sonra razılaşma prinsipial olaraq ATƏT-ə ötürülüb”.