Naxçıvan MR Naxçıvan-Məşhəd dəmir yolunun istifadəyə verilməsinə hazırdır

0
471

İran ilə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat, tibb, gömrük, standartlaşdırma, tranzit, nəqliyyat sahələrində əməkdaşlığı ötən iki ildə qarşılıqlı əlaqələrin əsas hissəsini özündə ehtiva edən önəmli sahələrdir. AzərTAC-ın verdiyi məlumata görə, bunu İranın Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Mənsur Ayrım bildirib.

Baş konsul Naxçıvan tərəfinin Naxçıvan-Məşhəd dəmir yolunun istifadəyə verilməsinə hazır olduğunu qeyd edib. O əlavə edib ki, İran tərəfinin hazır olması ilə İran və Azərbaycan Respublikası vətəndaşlarının gediş-gəlişinin artmasına səbəb olacaq bu dəmir yolunun açılış mərasimi keçiriləcək.