NATO-ya qoşulmaq məcburi deyil

28

Son illər sual olunurdu ki, NATO effektivdirmi? NATO sübut etdi ki, o əvəzolunmaz alyansdır, həmişəkindən daha vacibdir. Bu barədə ABŞ Prezidenti Co Bayden NATO-ya üzv olmaq üçün müraciət edən Finlandiya və İsveç liderləri ilə Vaşinqtonda birgə mətbuat konfransında deyib.

“İsveç və Finlandiya müxtəlif məsələlərdə yaxın tərəfdaşlarımızdır. Bu ölkələrin Silahlı Qüvvələri İraq, Əfqanıstan və Kosovada ABŞ və NATO ilə çiyin-çiyinə olub.

Bu ölkələrin güclü demokratiyası, şəffaf iqtisadiyyatı və ən əsası isə mənəvi yanaşması var. Biz bu gün görüşdə həm üzvlük, həm Ukraynadakı vəziyyəti, həm də sərhəddəki təhlükəsizlik durumunu müzakirə etdik”, – Bayden vurğulayıb.

ABŞ lideri bəyan edib ki, NATO-nun qapısı açıq olar qalmaqdadır: “NATO-ya yeni üzvlərin qoşulması heç kim üçün təhdid deyil. Alyans müdafiə xarakterlidir və öz üzvlərini qoruyur.

NATO-ya qoşulmaq məcburi deyil. Bu bir seçimdir, bu demokratiyadır və iki ölkənin xalqları da bu seçimi dəstəklədi”.