NATO və Avropa Birliyi Ukraynanı Rusiya qarşısında tək qoydu

0
434
“Avropa Birliyi və NATO Ukraynaya hərbi yardım edə bilməz”. Bunu Finlandiyanın baş naziri Aleksandr Stubb “Yle” televiziyasına müsahibəsində bildirib.
 “Təbii, ki belə yardım qeyri-mümkündür. NATO yalnız öz üzvlərinə hərbi yardım edə bilər. Bilirsiniz ki, Avropa Birliyinin də belə yardım etmək üçün imkanları yoxdur” – deyə baş nazir deyib.

Qeyd edək ki, bir neçə gün öncə Ukraynanın xarici işlər naziri Pavlo Klimkin ölkəsinin NATO və AB-nin hərbi yardımına ehtiyacı olduğunu bildirib. Bu arada isə “Rusiyanın Ukraynaya təcavüzünə ABŞ nə ilə cavab verir və ya verə bilər?” sualına Wall Street Journal qəzeti özünəməxsus tərzdə cavab verib.

Bunlardan biri Ukraynaya hərbi yardım ola bilərdi, ancaq ABŞ hökuməti Ukraynanın hərbi yardım xahişini rədd edib. İzah belə olub ki, bu, Rusiyanı qıcıqlandıra bilər və zorakılıq qızışar.

İkincisi fərdi sanskiyalar ola bilərdi, ancaq sanksiyalar 30 adama tətbiq olunub. Hökumət bunun üçün 282 şəxsin siyahısını hazırlayıb.

Qəzet yazır ki, Putinin dostları harda varsa, onlara zərbə vurmaq lazımdır.

Ücüncüsü, maliyyə sanskiyaları tətbiq edilə bilər. Obama desə də ki, “sanksiyalar işləyir”, ancaq qəzetin fikrincə, bunların Rusiya iqtisadiyyatına təsiri azdır. Rusiyadan kapital axını zəifləyib, məzənnə yanvarda 1 dollara 33,76 rubl idisə, indi 36 rubldur, bu da böyük dəyişiklik deyil, Moskva birjasının MİCEX indeksi bir il əvvəlki yerindədir. Maliyyə sankiyaları elə də böyük təsir göstərmir.

Dördüncüsü, yeni silah yerləşdirilməsi baş tuta bilər. Qəzet hesab edir ki, ABŞ Çexiya və Polşa ilə ballistik raketlər əleyhinə sistemləri yerləşdirmək danışıqlarına yenidən başlaya bilər. 2009-cu ildə bunları yerləşdirməmək qərarı verilmişdi.

Qəzetin gəldiyi nəticə odur ki, ABŞ Rusiyanın Ukraynaya təcavüzünə cavab olaraq çox az iş görüb və gələcək təcavüzün qarşısını almaq üçün də gördüyü iş azdır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here