“NATO Rusiyaya hücuma hazırdır”

472
 “NATO Rusiyaya qarşı hücuma hazırdır. Hazırda Alyansda Rusiyanın mümkün hücumuna qarşı plan hazırlanıb”. Bu barədə Rumıniya Prezidenti Trayan Besesku açıqlama verib. O, bildirib ki, Rumıniya Rusiyanın mümkün hücumlarına qarşı plan hazırlayıb.
Prezidentin sözlərinə görə, Türkiyə, Polşa və Baltikyanı ölkələr də NATO-nun Uelsdə keçirilən sammitinə qədər belə plan hazırlayıb.

“Rumıniya və Bolqarıstan Rusiya hücumuna məruz qala biləcək ölkələr sırasına daxil edilmirdi. Lakin NATO-nun son sammitindən sonra vəziyyət dəyişdi”,- deyə Besesku bildirib.

Rumıniya Prezidentinin sözlərinə görə, Rusiyaya qarşı hazırlanan planda hava, quru və dənizdən həyata keçiriləcək hücumlar nəzərdə tutulub.

Atəşkəsə baxmayaraq kiçikmiqyaslı toqquşmalar davam edir

Ötən gün Ukraynanın şərqində ortaya çıxan artilleriya hücumları və digər kiçik miqyaslı toqquşmalar 3 gün əvvəl qəbul olunmuş atəşkəs razılaşmasını təhlükəyə salıb.

Britaniyanın “Sky News” telekanalı artilleriya zərbələrindən sonra baş verən dağıntılar, həmçinin Mariupol ətrafında Ukrayna ordusuna məxsus tanklarını hərəkətini əks etdirən görüntüləri yayımlayıb.

Verilən xəbərə görə, toqquşmalarda azı bir mülki şəxs həlak olub və bir hərbiçi yaralanıb. Üsyançılar son vaxt Mariupol şəhəri ətrafını yeni cəbhəyə çevirib. Ukraynalılar Rusiyanın bununla Rusiya ilə Krım yarımadası arasında birbaşa quru dəhlizi yaratmağa çalışdığını iddia edir. Gecə döyüşlərinə şahidlik edən Mariupol sakinləri təşviş içində qaldıqlarını və münaqişənin tezliklə bitməsini istədiklərini deyirlər.

Qeyd edək ki, Ukraynada atəşkəsin bərqərar olması haqqında razılaşma cümə günü Belarus paytaxtı Minskdə üçtərəfli görüşün müsbət nəticəsi olaraq əldə olunub.