“Nabat”ın növbəti uğuru

455

2014-cü ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında rejissor Elçin Musaoğlunun dövlət sifarişi ilə çəkdiyi “Nabat” bədii filmi 19-25 sentyabr 2015-ci il tarixində Qazaxıstanın Almatı şəhərində keçirilən XI Avrasiya Beynəlxalq Film Festivalında iştirak etmiş, “Ən yaxşı rejissor işi” və “Ən yaxşı aktrisa” (Fatimə Motamed Arya) mükafatlarına layiq görülmüşdür.

Qarabağ müharibəsinin dramatik hadisələrindən birini özündə əks etdirən, güclü milli ruhun daşıyıcısı olan Azərbaycan qadınının parlaq obrazının yaradıldığı “Nabat” filmi bugünədək onlarla kinofestivalda iştirak etmiş və maraqla qarşılanmışdır. O cümlədən, film 71-ci Venesiya kinofestivalı, Milan kinofestivalı, 50-ci Beynəlxalq Çikaqo kinofestivalında nümayiş olunmuşdur. Almaniyanın Manheym və Heydelberq şəhərlərində keçirilən 63-cü Beynəlxalq Kinofestivalda “Beynəlxalq tənqidçilər mükafatı” və “Ekumenik jürinin mükafatı”na, Tripoli Beynəlxalq Film Festivalında “Ən yaxşı tammetrajlı bədii film” mükafatına layiq görülmüşdür.