Nə qədər demək olar…

0
363

Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ ərazisində hərbi əməliyyatların dayandırılması ilə bağlı fikirlər səsləndirib. Amma onun fikirləri lap bişmiş toyuğu belə güldürə bilmək mənziləsindədir. Yəni o deyib ki, Ermənistan Qarabağ məsələsində kompromisə getməyə hazırdır. Amma bir şərti var. Həmin şərt də bundan ibarətdir: qoşunlar 1 aprel vəziyyətinə qayıtsın. Vallah, mən bu açıqlamaya görə onu əsla qınamıram. Nədən ki, Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi qabaqlayıcı tədbirlər və dəqiq vurulan atəş zərbələri nəticəsində böyük itkilərə məruz qalan erməni hərbi qulluqçularının vahimə içində silah-sursatlarını ataraq öz mövqelərindən qaçması, təbii ki, Sarkisyanı yaman havalandırıb, yəni dəli edib. Elə bu səbəbdən o başlayıb bu şəkildə növbəti dəfə sarsaqlamağa.

Ay dığa, axı sənə dəfələrlə deyildi ki, onun-bunun himayəsi ilə ələ keçirdiyiniz torpaqlarımızı sülh yolu ilə geri qaytar. Sənə dəfələrlə deyildi ki, Azərbaycan münaqişənin sülh yolu ilə davam etdirilməsində deyil, sülh yolu ilə həll edilməsinin tərəfdarıdır. Bəs sən nə etdin? Bu kimi təkliflərimizə anqıra-anqıra şıllaq atmaqla cavab vermədinmi? Sən beynəlxalq səviyyədə anqıranda deyildi ki, nə anqırırsan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin 4 qətnaməsi, BMT Təhlükəsizlik Şurasının qərarı, Avropa Birliyinin, Avropa Parlamentinin, AŞ PA-nın qətnamələri var ki, həmin sənədlərdə də Ermənistandan öz işğalçı ordusunu Azərbaycan torpaqlarından çıxarmaq tələb edilir. Sən onları adi kağız parçası sanmadınmı? Amma səni qınamıram, çünki bizim dədələr deyib ki, eşşəyin anqırtısı özünə xoş gələr.

Hələ bütün bunlar azmış kimi başladın dünc əhalimizi topa tutmağa… Əkincini əkinində, uşağı məktəb yolunda, qız-gəlini öz həyətində qətlə yetirdin. Özü də rayon, kənd sakinlərinə gün ərzində ən azı 120-130 dəfə belə divan tutdun. Biz yenə dinmədik. Dedik, görək buna beynəlxalq qurumlar nə deyərlər? Amma daşdan səs çıxdı, beynəlxalq aləmdən səs çıxmadı. Bu məsələyə cavabdeh olan Minsk Qrupu isə səni müdafiə etməkdə davam etdi. Yerevanda Azərbaycanı, Bakıda isə Ermənistanı suçlamaqla işlərini bitmiş hesab etdilər. Sən isə bundan istifadə edərək bizi boğaza yığmaqda davam etdin. Nə qədər demək olar ki, məni boğaza yığma, mənim də səbrimin həddi var… Sən isə yenə öz bildiyini etdin.

Yadındamı, bir dəfə bir jurnalistimiz torpaqlarımızla bağlı sənə sual verəndə nə demişdin? Yadında yoxsa, yadına salım. Demişdin ki, biz vuruşub həmin torpaqları almışıq, elə-belə qaytara bilmərik (Səhv etmirəmsə belə bir fikri Robert Koçaryan da səsləndirib). Bəli, biz də torpaqlarımızı “elə-belə” istəmədik. Yəni şəhidlərimizin qanı bahasına o ərazilərimizin ondan birini qaytardıq. İndi sən deyirsən ki, Ermənistan Qarabağ məsələsində kompromisə getməyə hazırdır. Amma bir şərti var. Həmin şərt də bundan ibarətdir: qoşunlar 1 aprel vəziyyətinə qayıtsın. Yox, həmişə sənin dediyin olmayacaq, ay dığa. Azərbaycan əzəli torpaqlarını qaytaranadək, Xocalının qisasını alanadək başına od ələyəcək. Yetər, beynəlxalq aləmə yalanlar satmaqla baş girlədiyin. Artıq beynəlxalq aləm də sənin həyasız yalanlarından cana doyub.

Yazımı isə həmkarım Natiq Pənahlının bu sözləri ilə bitirmək istərdim: “Artıq faiz dəyişib: 20% aşağı düşüb 19% olub. Sıfırlandığı günləri də görəcəyik, inşallah… işğal altında torpağımız qalmayacaq, inşallah…” Həmkarımın bu sözlərinə isə yalnız bunu əlavə etmək istəyirəm. Bəli, gün gələcək daha filan rayonumuzun işğalından filan qədər keçdi deməyəcəyik. Sadəcə, deyəcəyik, filan rayonumuzun azad olunmasından filan qədər keçdi. Bu gün Azərbaycanda hamı bunu əminliklə dilə gətirir və bu yolda şəhid olanlara Allahdan rəhmət diləyir.