Muzeydə “Reanimasiya”

17 dekabrda  C.Cabbarlı adına Teatr Muzeyində  “Reanimasiya” adlı sərginin açılışı keçiriləcəkdir. “Reanimasiya” sərgi layihəsi Azərbaycanın əməkdar incəsənət xadimi və müstəqil kurator Səbinə Şixlinskayanın “Kuratorluq təcrübələri. Sərgi layihəsinin yaradılması.” mövzusunda, Yarat!-qeyri-kommersiya müasir sənət məkanının təşəbbüsü sayəsində keçirilən  master-klaslarının nəticəsidir.

Teatr özündə müxtəlif sahələri  birləşdirən, ədəbiyyatdan başlayaraq sirkədək, incəsənətin ən mürəkkəb sahəsidir. Teatr çox qədim tarixə malikdir, antik vaxtlardan başlayaraq indiyə qədər, o coğrafiyadan, siyasətdən və mədəniyyətdən asılı olaraq dəyişirdi. Lakin, teatrın ən unikal xüsusiyyəti onda idi ki, onun inkişafı həmişə bütovlükdə cəmiyyətin inkişafından və mədəniyyətin vəziyyətindən ayrılmaz idi, — onun çiçəklənməsi və ya tənəzzülü, bu və ya digər bədii tendensiyaların teatrda üstünlüyü və ölkənin mənəvi həyatında onun rolu ictimai inkişafın xüsusiyyətləriylə bağlı idi.

Muzeylər isə, öz növbəsində, keçmiş hadisələr və insanlar haqqında yaddaşı saxlayan informasiyanın qoruyucularıdır. Bizim layihəmizdə bu iki böyük sosial institut-Teatr və Muzey, bir ümumi-teatrın muzey haqqında danışdığı məkanda birləşmişdir. 75 ildən çox yaşı olan Azərbaycan Teatr Muzeyi fundamentalistlər tərəfindən, sonra isə sovet hakimiyyətinin bütün təqiblərinə baxmayaraq  insanların səyləriylə yaradılmışdı, onlar  milli teatra aid olan bütün məlumatları və o illərin hadisələrini yaddaşda saxlamaq istəyirdilər. Bunun nəticəsində, Azərbaycan Tetrının  inkişafını əks etdirən  zəngin  arxiv və foto-sənədlərin kolleksiyası  toplandı.

Muzey Dövlət statusu aldıqdan sonra, Muzey Mərkəzində yerləşdi. “Reanimasiya” layihəsi muzeyin ənənəvi və adi ekspozisiyasına muzeyin arxiv materialları əsasında öz art-layihələrini yaratmış gənc rəssamların gözləriylə baxmağı təklif edir. “Reanimasiya” inkişaf edən cəmiyyətin mühüm hissəsi olan Teatra keçmiş diqqətin bərpasına yönəldilmiş, müasir cəmiyyət tərəfindən diqqətsizlik vəziyyətində olan teatrın arxivinə yeni yanaşması olan altı rəssamın işlərinin məcmusudur.

Layihədə altı rəssam iştirak edir – Səbinə Mirzəyeva, Elşən İbrahimov, Rüfət Əliyev, Anar Şamsiev, Vəfa Asadi və Könül Rəfiyeva.

Kurator qrupunun tərkibi: Ulviyə Həsən (ideya müəllifi), Məhbarə Abbasova (koordinator), Hatəm Əliyev, Zöhrab Salamzadə, Orxan Qarayev, Yelena Djetere, Nurziyyə Xəlilova.

Qeyd etmək lazımdır ki, nəticədə kursun nəticəsində  Təşəbbüskar  Kuratorlar  Birliyi yaradılmışdı. “Reanimasiya” keçilmiş S. Şixlinskayanın “Kuratorluq təcrübələri. Sərgi layihəsinin yaradılması” kursun  bütün iştirakçıları üzvü  olduğu  bu birliyin ikinci layihəsidir.

Sərgi 27 dekabra qədər davam edəcək.