2014-cü il aprelin 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 510,4 min nəfər olub. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, onlardan 900,7 min nəfəri (59,6%) iqtisadiyyatın dövlət bölməsində, 609,7 min nəfəri (40,4%) isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib
. Muzdla işləyənlərin 22,4%-i təhsildə, 18,7%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,9%-i sənayedə, 8,6%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7%-i tikintidə, 5,1%-i nəqliyyat və anbar təsərrüfatında, 3,6%-i peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,7%-i informasiya və rabitə sahəsində və 17,1%-i iqtisadiyyatın
digər sahələrində məşğul olub. Bu ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 434,3 manat təşkil edib.