Mustafa Şentop: Son illərdə dünyanın qarşılaşdığı ən ciddi problemlərdən biri miqrasiyadır

34

Məlum olduğu kimi, son illərdə dünyanın qarşılaşdığı ən ciddi problemlərdən biri miqrasiyadır. Bununla əlaqədar biz Parlamentlərarası İttifaq çərçivəsində bir proqram təşkil etməyi qərara aldıq. Qlobal problemlə qarşı-qarşıyayıq. Bu kimi problemlərə qarşı da fövqəladə qərarlar qəbul etmək lazımdır. Lakin bir çox ölkələrin, xüsusilə də, Qərb dövlətlərinin laqeyd yanaşdıqlarını düşünürdük.

Bu fikirləri Türkiyə Böyük Millət Məclisinin(TBMM) sədri Mustafa Şentop İstanbulda keçirilən Qlobal Parlament Konfransının məqsəd və vəzifələri barədə açıqlama verərkən ifadə edib.

Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” kəlamını xatırladan Türkiyə parlamentinin rəhbəri Azərbaycan, eləcə də iki qardaş ölkənin münasibətləri haqqında xoş ifadələr səsləndirərək bildirib ki, qaçqın və miqrant məsələsində bir həqiqət bundan ibarətdir ki, Türkiyə dünyada miqrantlara ən çox ev sahibliyi edən ölkədir. On ildən çoxdur ki, biz bu məsələ ilə məşğuluq, bu səbəbdən də əldə etdiyimiz təcrübə var. Bununla yanaşı, qarşılaşdığımız çətinliklər də olur, belə ki, 3,6 milyon suriyalı olmaqla 4 milyondan artıq miqranta ev sahibliyi etmək Türkiyəyə həm təcrübə verib, həm də müəyyən çətinliklər yaradıb.