Mustafa Şentop: Azərbaycan ərazilərinin azad edilməsində Türkiyə istehsalı olan hərbi texnikalar faydalı oldu

38

Türkiyə istehsalı olan hərbi texnikalar Azərbaycanın illərdir işğal altında olan ərazilərinin azad edilməsində böyük fayda verdi. Bu da iki ölkə arasında müdafiə sənayesi sahəsi üzrə sıx əməkdaşlığın faydalı olduğunu göstərdi.

Bu fikirləri Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop İstanbulda keçirilən “Teknofest-2021” Festivalını ziyarəti edərkən deyib.

Hər bir texnikanın yerli və milli imkanlarla inkişaf etdirilməsinin digər ölkələrdən asılılığın azaldılması baxımından vacibliyini vurğulayan M.Şentop diplomatiya sahəsində də əsas gücün bundan irəli gəldiyini deyib: “Türkiyə müdafiə sənayesi sahədə böyük uğurlar əldə edib. Bunların nəticələrini Liviya və Suriyada, həmçinin Azərbaycanın İkinci Qarabağ müharibəsində gördük”. azərtac