Mustafa Kamalın 95 yaşlı cümhuriyyəti

29 oktyabr – Cümhuriyyət Günü Türkiyədə Respublika quruluşunun elan olunduğu gündür. Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün liderliyi ilə Türkiyə xalqı 1919-cu ilə mayın 19-da milli-qurtuluş savaşına başlayıb. Bu tarixi şərəf mücadiləsinin nəticəsi olaraq 1923-cü il oktyabrın 29-da indiki Türkiyə Respublikası elan olunub.