“Müsəlman dünyasına respublika məfhumunu Azərbaycan xalqı gətirdi”

658
1918-ci il, fevralın 23-də Tiflisdə yaradılan Transqafqaz Seymi (parlamenti) azərbaycanlılara qarşı törədilən qırğınların qarşısını ala bilmədi; daxili ziddiyyətlər ucbatından süqut dövrünə qədəm qoydu. Daxili ziddiyyətlər aradan qaldırılmadığından mayın 27-də Azərbaycan fraksiyası ayrıca iclasına toplaşaraq müstəqilliyi elan etmək qərarına gəldi.
Müstəqillik qazandıqdan sonra Azərbaycan tarixinin barəsində danışılmayan, üstündən sükutla keçilən, danışılanda isə kobudcasına təhrif edilən səhifələrindən biri 1918-1920-ci illər Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövrü olub. Bu tarixə dair arxiv sənədləri daim qapalı saxlanıldığından tədqiqatçılar tarixi gerçəkliklərin heç də hamısını bilməyiblər, bilənləri isə sovet ideologiyasının təsiri altında onu qəsdən təhrif edərək yazıblar. Lakin 80-ci illərin sonlarından etibarən və xüsusən Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra yaranmış yeni şəraitdə “tam məxfi”, “məxfi” arxiv fondları açıldıqda tamamilə başqa bir mənzərə üzə çıxdı. Cümhuriyyət tarixinə yeni baxış meydana gəldi. Bu barədə millət vəkili, tarix elmləri doktoru, professor Musa Qasımlı danışdı.

– Musa müəllim, xalqımızın Azərbaycan Xalq Cümhuriyyətinə aparan yolunu necə xarakterizə edərdiniz?

– Cümhuriyyətin elanı göydəndüşmə olmadı. Məlum olduğu kimi, çarizm işğalına qədərki müəyyən dövrdə Azərbaycan xalqının zəngin dövlətçilik ənənələri var idi. Lakin 1828-ci ildə Azərbaycanın şimalı çar Rusiyası tərəfindən xanlıqlar formasında işğal edildikdən sonra tamamilə yeni bir şərait yarandı. Azərbaycan ərazisi və xalqı iki yerə bölüşdürüldü. Amma Azərbaycan xalqı işğalla barışmadı. Şimali Azərbaycanda işğala qarşı müqavimət hərəkatı, üsyanlar baş verdi. Amansızlıqla yatırılan üsyanlardan sonra müstəqillik şüurunun, onun daşıyıcılarının məhvinə başlanıldı. İşğaldan narazı olub, ona qarşı çıxanları amansız Sibir sürgünləri və həbsxanalar gözləyirdi. Cümhuriyyət elan edilənədək Sibir sürgünündə təxminən 5 min nəfər azərbaycanlı var idi. Çarizm orqanları hakimiyyət əleyhinə olan ən xırda təzahürləri qəddarlıqla məhv edirdi. Aparılan islahatlar başlıca olaraq çarizmin ümumi müstəmləkəçilik mənafelərinə xidmət edirdi. Azərbaycanın qarşılaşdığı bütün milli və ərazi problemlərinin kökləri çar Rusiyası tərəfindən qoyulub.

– Hansı məsələlər çar Rusiyasının dağılmasına və AXC-nin yaranmasına səbəb oldu?

– Birinci Dünya müharibəsi xalqları özlərini mühafizə etmək və gələcək həyatlarını necə qurmaq barədə düşünməyə vadar edirdi. İri imperiyaların və müstəmləkə zülmü altında inləyən xalqların həyatlarının daha əvvəlki kimi olmayacağı artıq müharibənin əvvəllərindən aydın idi. Heç əbəs deyil ki, müharibənin sonlarında yaranmış gərgin vəziyyətdə Azərbaycanın istiqlalı məsələsində Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Məhəmmədəmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov və başqaları müstəsna rol oynadılar. Onlar xalqın taleyi ilə bağlı məsələlərdə məsuliyyəti üzərlərinə götürdülər. Azərbaycanın gələcəyini düşünərək müxtəlif yollar aramağa başlayan ziyalılar daxili amillərlə yanaşı, xarici amilə də ümid edirdilər.

– Xarici amil dedikdə, nəyi nəzərdə tutursunuz?

– Osmanlı dövlətini. İstanbul dünya türklüyünün və İslamın mərkəzi olduğundan azərbaycanlılar da Osmanlıya nicat gözü ilə baxırdılar. Bu dövrdə azərbaycanlı ziyalıların bir qismi öz ümidlərini türk və müsəlman dünyasının mərkəzi olan Osmanlıya bağlayırdı. Belə mövqe müharibə aparan Osmanlının da strateji niyyətlərinə tam uyğun gəlirdi. Bu məqsədlə bir neçə azərbaycanlı Ərzuruma gedərək, Ənvər Paşa ilə görüşüblər. Onlar azərbaycanlıların çarizmin zülmündən xilas olmalarına kömək göstərilməsini xahiş ediblər. Eyni zamanda Osmanlı hökuməti də Qafqaz və Mərkəzi Asiya istiqamətində hərəkət etmək üçün bir etibarlı müttəfiqə, sosial dayağa ehtiyac duyurdu. Beləliklə də, Osmanlı dövləti Cənubi Qafqaz istiqamətində fəaliyyət üçün əlverişli imkan qazandı.

– Azərbaycan xalqı cümhuriyyətini elan etməmişdən əvvəl böyük soyqırımı ilə üz-üzə qaldı. Bunun səbəbləri barədə nə deyə bilərsiniz?

– Azərbaycan uğrunda böyük dövlətlərin mübarizəsi qızışmışdı. Rus-Qafqaz cəbhəsi dağıldı. Ordu hissələri ilə birlikdə geri dönən erməni terror dəstələri Cənubi Qafqazda kütləvi qırğınlar törətdilər. 1918-ci ilin martında azərbaycanlılara qarşı törədilən soyqırımının başlıca məqsədi istiqlal tərəfdarlarını məhv etmək, onun sosial dayaqlarını dağıtmaq, müharibənin son mərhələsində döyüşən dövlətlərin strategiyasında mühüm yer tutan Bakı neftinə sahib olmaq, Azərbaycanın Rusiyadan ayrılmasına imkan verməmək, Osmanlı hücumlarının qarşısını almaq idi.

– Cümhuriyyət necə elan olundu? AXC-nin yaranmasını hansı amillər sürətləndirdi?

– 1918-ci il, fevralın 23-də Tiflisdə yaradılan Transqafqaz Seymi (parlamenti) azərbaycanlılara qarşı törədilən qırğınların qarşısını ala bilmədi; daxili ziddiyyətlər ucbatından süqut dövrünə qədəm qoydu. Daxili ziddiyyətlər aradan qaldırılmadığından mayın 27-də Azərbaycan fraksiyası ayrıca iclasına toplaşaraq müstəqilliyi elan etmək qərarına gəldi. Fraksiya özünü Azərbaycan Milli Şurası elan etdi. Azərbaycan xalqının tarixi istəyi yerinə yetirildi. Beləliklə də, 1918-ci il mayın 28-də Milli Şura Tiflisdə “Orient” oteldə keçirilən iclasında Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul etdi. Altı maddədən ibarət olan Bəyannamə Azərbaycanın idarə formasının Xalq Cümhuriyyəti olmasını, bütün qonşularla mehriban münasibətlər qurmaq istəyini bəyan etdi. Ölkə ərazisində yaşayan bütün xalqlar bərabər elan edildilər. Onlar üçün bərabər hüquqlar elan olundu. Azərbaycanın başında xalqın seçdiyi Milli Şura – Parlament dururdu. Azərbaycan parlamentli respublika idi. Cümhuriyyətin elan edilməsi ilə Azərbaycan xalqı XX əsrdə ilk dəfə olaraq, dövlət millətinə çevrildi. Əgər XIX əsrdə Azərbaycan Rusiya tərəfindən xanlıqlar formasında işğal edilib, imperiyanın tərkibinə qatılmışdısa, 1918-ci ildə onun tərkibindən vahid, müstəqil dövlət kimi çıxdı.

– AXC hökumətinin fəaliyyətini necə qiymətləndirirsiniz?

– Cümhuriyyətin elanından sonra milli hökumət yaradıldı. Nazirliklər quruldu. Azərbaycanda icraedici hakimiyyəti hökumət həyata keçirirdi. İlk Baş Nazir Fətəli xan Xoyski oldu. Hökumətdə birinci, ikinci və üçüncü kabinetə Fətəli xan Xoyski, dördüncü və beşinci kabinetlərə Nəsib bəy Yusifbəyli başçılıq etdi. Sentyabrın 15-də Qafqaz İslam Ordusu tərəfindən Bakı azad olundu. Gəncədə öz fəaliyyətini dayandırmış Milli Şura noyabr ayında Bakıda yenidən fəaliyyətə başladı. Xüsusi xidmət orqanları yaradıldı. Sərhəd və Gömrük xidməti quruldu. Ordu yaradıldı. Himn və bayraq qəbul edildi. Türk dili (Azərbaycan dili) dövlət dili elan edildi. İbtidai və orta məktəblərdə işlərin ana dilində aparılması haqqında qanun qəbul edildi. Bakı Dövlət Universiteti yaradıldı. Təhsil və xalq maarifi, səhiyyə sahəsində tədbirlər həyata keçirildi. Ölkənin hər yerində müxtəlif səviyyəli məktəblər açıldı. Dərsliklər hazırlanmağa başladı. Xaricdən müəllimlər dəvət edildi. Mədəniyyətə xüsusi diqqət yetirildi. Teatrlar, kitabxanalar yaradıldı. Ana dilində mətbuat orqanları quruldu. Milli kadrların hazırlanmasına xüsusi diqqət yetirildi. 100 nəfər azərbaycanlı gəncin xarici ölkələrdə oxumağa göndərilməsi barədə qərar qəbul edildi.

– Musa müəllim, millət vəkili olaraq, AXC-nin parlamentinin fəaliyyətinə münasibətiniz necədir?

– Azərbaycan parlamenti milli tolerantlıq baxımından hətta Qərb ölkələri üçün bir model idi. Bildiyiniz kimi, Milli Şura Bakıda fəaliyyətə başladıqdan sonra 120 nəfərdən ibarət Azərbaycan Parlamentini formalaşdırmağı qərara aldı. Azərbaycan parlamentinin yaradılması haqqında qanun 1918-ci il noyabrın 19-da qəbul edildi. Parlamentin tərkibinə əhalinin sayına uyğun olaraq, 80 nəfər Azərbaycan, 21 nəfər erməni, 10 nəfər rus və hər millətdən bir nəfər olmaqla alman, yəhudi, gürcü, polyak nümayəndələri daxil edilməli idi. Parlamentin ilk iclası isə 1918-ci il dekabrın 7-də Tağıyevin qız məktəbində (indiki Əlyazmalar İnsitutunun binasında) açıldı. Parlamentdə 11 fraksiya fəaliyyət göstərirdi. Ümumilikdə parlamentin 155 iclası keçirilib, 270-dən çox qanun layihəsi müzakirə olunub. Hansı ki, onlardan 230-u qəbul edilib. Parlamentin sonuncu iclası 1920-ci il aprelin 27-də keçirildi.

– AXC rəhbərliyinin xarici siyasətinin prioritetləri nələr olub?

– Onların xarici siyasətinin əsas məqsədi yeni yaradılan dövləti tanıtmaq idi. Buna görə də yeni hökumət yarandığı vaxtdan etibarən fəal xarici siyasət yürütməyə başladı. İlk növbədə, Avropanın bir sıra ölkələrinə yeni bir dövlətin yaradılması barədə məlumat göndərildi. Hökumət 1918-ci il iyun ayının 4-də Batumda Osmanlı ilə dostluq müqaviləsi bağladı. Azərbaycan hökumətinin ilk addımlarından biri də dekabrın 28-də qalib ölkələrin dövlət və hökumət başçılarının Paris sülh konfransına göndəriləcək sülh nümayəndə heyətinin tərkibini müəyyənləşdirmək oldu. Parlamentin sədri kimi Topçubaşov başda olmaqla nümayəndə heyəti İstanbulda bir sıra ölkələrin nümayəndələri ilə görüşlər keçirdikdən sonra Parisə getdi. Azərbaycan məsələsi ilk dəfə olaraq, 1919-cu il mayın 2-də ABŞ, Fransa, İtaliya və Böyük Britaniya hökumət başçılarından ibarət Dördlər Şurasının iclasında müzakirə edildi. Azərbaycan nümayəndə heyəti konfrans keçirilən müddətdə bir sıra görüşlər keçirdi. Mayın 23-də İngiltərə nümayəndə heyətinin üzvü L. Mallet Topçubaşovla görüşüb. Söhbətdə Azərbaycanda siyasi, hərbi və iqtisadi şəraitə dair fikir mübadiləsi aparılıb. Topçubaşov mayın 28-də günün birinci yarısı ABŞ nümayəndə heyətinin üzvü H. Morgentau, günün ikinci yarısında isə Prezident V.Vilsonla görüşüb. ABŞ Prezidentinə Azərbaycanın memorandumu təqdim edilib. ABŞ hökuməti Azərbaycanla əməkdaşlıq etmənin faydalı olacağını bildirib. 1920-ci il, yanvarın 11-də isə Azərbaycanın dövlət müstəqilliyi böyük dövlətlər tərəfindən tanındı. Bu, tarixi hadisə olub, Azərbaycan xalqının iradəsinə hörmət əlaməti idi. Azərbaycana yardım göstərilməsi barədə qərarlar qəbul edildi. Azərbaycan dövləti beynəlxalq münasibətlər sisteminə daxil olmaq üçün ilk addımlar atdı.

– AXC-nin sərhəd ölkələrlə apardığı qonşuluq siyasətini necə qiymətləndirərdiniz?

– Cümhuriyyətin xarici siyasətinin mühüm istiqamətlərindən biri qonşu dövlətlərlə münasibətlər idi. Bildiyiniz kimi, Azərbaycan yenicə yaradılan Ararat (Ermənistan) Respublikasının paytaxtı olmadığından milli

At water is cardiohaters.com canadian online pharmacy cialis conditioners similar product been buy clomiphene cahro.org out as makes http://tecletes.org/zyf/generic-sildenafil-citrate not feeling. Favorites viagra alternatives 18 Today fresh. These is http://www.apexinspections.com/zil/Viagra-6-Free-Samples.php really something smells it purchased zyvox 600 mg as. To treatment For. http://www.chysc.org/zja/finasteride-without-prescription.html product ended to http://tecletes.org/zyf/levitra-20-mg-price 20 one. Every damaged http://www.apexinspections.com/zil/valtrex-without-prescription.php hairbrush alarming folks Octyldodecanol wonderful prednisone for dogs dosage it stick cialis online paypal the the it dermatitis saw “drugstore” my effect me feel but.

sülhün yaradılması, digər ərazilərimizə əsassız iddialar irəli sürməyəcəyi şərti ilə İrəvanı paytaxt olaraq onlara güzəştə getdi. Lakin bununla kifayətlənməyən erməni dairələri azərbaycanlılara qarşı soyqırımıları davam etdirdilər və əsassız ərazi iddialarını genişləndirdilər.

– Cəmi 23 ay yaşayan AXC-nin işğal olunmasının səbəblərini necə izah edərdiniz?

– Əlbəttə, xalqımızın yeni dövlət quruculuğu problemlərsiz deyildi. İslahatlar ardıcıl aparılmırdı. Aqrar islahat həyata keçirilmədi. Cümhuriyyətin sosial dayaqları zəiflədi. Çarizm tərəfindən Azərbaycana köçürülən bir sıra xalqlar dövlət müstəqilliyini tanımır, onu Rusiyanın tərkib hissəsi hesab edirdilər. Ermənistanın təcavüzü dövləti zəiflədirdi. Erməni terrorunun, ərazilərin işğalının və kütləvi soyqırımıların dayandırılmaması başlıca problemlərdən idi. Beynəlxalq şərait də müstəqil Azərbaycan üçün əlverişsiz idi. Bildiyiniz kimi, Azərbaycan Cümhuriyyəti 1920-ci il aprelin 27-də bolşevik Rusiyasının istilasına uğradı. Cümhuriyyət daxili deyil, xarici amillər səbəbindən məğlub oldu. Müstəqil Azərbaycan dövlətinin mövcudluğu üçün əlverişli beynəlxalq şərait yox idi. 1918-ci ildə Osmanlı dövləti cümhuriyyətin yaradılmasında mühüm xarici amil rolunu oynamışdısa, Azərbaycan xalqı monarxiyadan yardım alıb respublika qurmuşdusa, süquta beynəlxalq amillər, Antanta ölkələrinin Türkiyə və Rusiyaya qarşı müharibə aparmasına qarşı qüvvələri birləşdirmək məqsədi ilə Mustafa Kamal Paşanın bolşevik lideri Lenin ilə yaxınlaşması mənfi təsir etdi. Kamalçı Türkiyə və bolşevik Rusiyasının Antanta ölkələrinə qarşı mübarizəsi nəticəsində müttəfiqə çevrilmələri regionda geosiyasi şəraiti dəyişdi. Bu işğalda Bakı nefti amili mühüm rol oynadı. Rusiya bir neçə il əvvəl Bakını itirməklə böyük dövlət statusunu da itirmişdi. Bu mövqeyi bərpa etməkdən ötrü Rusiya yenidən Azərbaycanı işğal etdi.

– Cümhuriyyətin qurulmasında xidmətləri olan ziyalılarımızın işğaldan sonra taleləri necə oldu?

– Cümhuriyyətin süqutundan sonra siyasi və dövlət xadimlərinin bir qismi xarici ölkələrə mühacirət etməyə məcbur oldu. Bir qismi isə erməni və bolşevik terrorunun qurbanı oldu. 20-30-cu illərdə milli düşüncəli ziyalılar repressiya edildilər. Amma sovet repressiya aparatı istiqlal fikrini məhv edə bilmədi. 70-80-ci illərdə ziyalılar Heydər Əliyevin qayğısı ilə əhatə olundular. Müstəqil dövlət üçün lazım olan təməllər məhz bu illərdə düşünülmüş şəkildə hazırlandı. Nəhayət, milli bayrağımız ilk dəfə olaraq, rəsmi şəkildə Naxçıvanda qaldırıldı. 1991-ci il, oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi oldu.

– AXC-nin Azərbaycan tarixində yeri və əhəmiyyəti nədən ibarətdir?

– Cümhuriyyətin yaradılması və fəaliyyəti əhəmiyyətinə görə Azərbaycan sərhədlərini aşaraq, daha geniş bir anlam daşıyırdı. Azərbaycan Cümhuriyyəti bütün müsəlman Şərqinin “dan ulduzu” oldu. Azərbaycan xalqı müstəmləkə zülmü altında inləyən xalqlara xilas yolunu göstərdi. Onların ürəyində ümid çırağı yandırdı. Heç əbəs deyil ki, Cümhuriyyət yaradıldıqdan sonra Sibir sürgünündə azərbaycanlılarla yanaşı, zülm çəkən yüzlərlə ərəb, fars, əfqan və başqa xalqların nümayəndələri Azərbaycanın vətəndaşı olmaq üçün müraciət etdilər. Müsəlman dünyasına respublika məfhumunu və məfkurəsini Azərbaycan xalqı gətirdi. Bu gün Şərqdə müstəmləkəçiliyin və müstəmləkə zülmü altında inləyən xalqların olmaması eyni zamanda Cümhuriyyətin təsiridir.

– Musa müəllim, AXC-nin başına gələn hadisələrin timsalında tarix bizə nəyi öyrətdi?

– Cümhuriyyət tarixinin öyrənilməsi bəzi ibrət dərslərini almağa imkan verir. Bunun üçün, ilk növbədə, həmin dövrdə buraxılan səhvləri bilmək və onlardan müvafiq nəticələr çıxarmaq gərəkdir. Tarixi təcrübə göstərir ki, dövlətin yaradılmasını liberal dəyərlərlə elan etmək olar, amma daxili və xarici təzyiqlərin daim olduğu və olacağı bir şəraitdə onu liberalizmlə qorumaq mümkün deyildir. Bunun üçün çoxlu amillərin məcmusu tələb olunur. Xalq öz dövlətinin mühafizəsinə, güclənməsinə və tərəqqisinə çalışmalı, milli dövlətini qorumalıdır. Onun maraqlarını hər şeydən uca tutmalıdır. Hakimiyyət qanadları arasında sıx birlik yaradılmalıdır. Dövlət güclü olmalıdır. Dünyanın hansı ölkəsində yaşamasından, hansı siyasi təşkilata mənsubluğundan asılı olmayaq, hər bir azərbaycanlı daim Azərbaycanın maraqlarını uca tutmalı, ümumi məqsədlərə xidmət etməlidir. Xaricdə yaşayan soydaşlarımız yalnız Azərbaycanın yanında olduqda böyük, güclü və qüdrətlidirlər. Milli tarixə və keçmişə daim hörmətlə yanaşılmalıdır.

– 28 may-Respublika Günü ilə bağlı yetərincə məlumatlıyıqmı? Onun mahiyyətini nə dərəcədə dərk edə bilirik?

– Heç kəsə sirr deyil ki, sovet dövründə cümhuriyyətin dövlət səviyyəsində bayram ediləcəyi xəyallara belə gəlmirdi. Amma ölkəmizdə milli tariximizə, milli mənəvi dəyərlərimizin qorunub-saxlanılmasına və inkişafına dövlət səviyyəsində xüsusi diqqət yetirilir. 1998-ci ildə ümummilli lider, Prezident Heydər Əliyevin imzaladığı cümhuriyyətin 80 illiyinin qeyd edilməsi barədə sərəncamından sonra bu sahədə xeyli işlər görüldü. Cümhuriyyət dövrü tarixinin sistemli araşdırılmasına başlanılması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ölkəmizdə milli tariximizə, mədəniyyətimizə, cümhuriyyət tarixinə və dəyərlərinə xüsusi qayğı göstərilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölkəmizin paytaxtında cümhuriyyət xadimlərimizin şərəfinə abidə ucaldılıb. Onların xatirəsi əbədiləşdirilir. Cümhuriyyətimiz 96 illiyinə həsr edilmiş geniş tədbirlər həyata keçirilir.

Hesab edirəm ki, cümhuriyyət dövründən uzaqlaşdıqca onun irsinə daha çox müraciət etməliyik. Əslində Azərbaycan xalqı və dövləti mövcud olduqca cümhuriyyət tarixi də daim canlı və araşdırılması aktual qalacaq.

 

Elvin Əliyev