“Mükəmməlliyin həddi yoxdur”

649

Mingəçevir şəhərindəki 3 saylı beynəlmiləl məktəbdə şagirdlərin hazırladıqları əyləncəli tədbir nümayiş olunub. Tədbirdə şagirdlər 3 komandaya bölünərək hazırladıqları şən, maraqlı proqramla tədbir iştirakçılarına maraqlı anlar yaşatmağı bacarıblar.

Məktəbin direktoru Kəmalə Tahirova bizimlə söhbətində bildirib ki, məktəbimizdə belə tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərin bilik və bacarıqlarını üzə çıxarmaq və onların sərbəst düşünmə imkanlarını nümayiş etdirməkdir: “Məktəbimizin valideyn kollektivi bu kimi tədbirlərin keçirilməsində həmişə bizi dəstəkləyir. Onu da deyim ki, onlar öz övladlarının hazırladıqları səhnəciklərdən, əl işlərindən zövq alırlar. Və bir məktəb direktoru kimi valideynlər belə xoş anlar yaşayanda mən də sevinirəm. Digər tərəfdən, bu kimi tədbirlər müəllim kollektivi arasında da bir rəqabət yaradır. Nəticədə, bir-birindən maraqlı, həm də mükəmməl tədbirlər ərsəyə gəlir.  Mənim fikirimcə, mükəmməlliyin isə həddi yoxdur”.

Tədbirin sonunda fərqlənmiş şagirdlərə fəxri fərmanla təltif olunub. Qeyd edək ki, tədbirin təşkilatçısı rus bölməsinin sinif müəlliməsi Elmira Nağıyeva idi.

Esmira Hidayətova, Mingəçevir