Müharibə daha təhlükəli avantüraya çevrilir

50

Böyük Britaniya baş nazirinin müavini Dominik Raab bildirib ki, Rusiyanın Ukrayna ilə müharibəsi Vladimir Putinin təsəvvür etdiyindən daha təhlükəli avantüraya çevrilir.

O, həmçinin qeyd edib ki, Britaniya artıq Rusiya Federasiyasına qarşı sanksiyalar paketini təqdim edib və bu, Putinin davranışına təsir göstərməlidir. Bundan əlavə, Raabın sözlərinə görə, dövlət Rusiya Federasiyasının Ukraynaya müdaxiləsinin uğursuzluğa düçar olması üçün əlindən gələni edəcək.

Onun fikrincə, Rusiya Federasiyasına qarşı sanksiyalar Putinin davranışına təsir göstərməlidir. Eyni zamanda o, Rusiya Federasiyasına qarşı bütün sanksiyalardan sonra Putinin özünü daha da aqressiv apara biləcəyindən ehtiyat etdiyini bildirib.