“Mübariz İbrahimov Azərbaycan əsgərinin rəmzidir”

0
359

Mingəçevirdəki N.Gəncəvi adına 8 N-li tam orta məktəbdə Milli Qəhrəman Mübariz İbrahimovun ad günü qeyd  olunub. Bu münasibətlə bu təhsil ocağında dil-ədəbiyyat müəlliməsi Pərvanə Həsənovanın təşkilatçılığı ilə adlı tədbir keçirilib.

Tədbirdə məktəbin direktoru Adil Kərimov çıxış edərək şagirdlərə Mübariz İbrahimov haqqında danışarkən bildirib ki, şəhidliyin, qəhrəmanlığın məkanı, zamanı olmur: ”Şəhidlər xalqın kimliyini, mənliyini qoruyub işıqlı sabahımıza boylanan azadlıq pöhrələri, yüksəlişə, ucalığa can atan könül dünyamızdır. Heç kimə bənzəmədən öz ömrünü ömürlərə – Vətənə bağışlayan oğullardır qəhrəmanlar.Əziz şagirdlərimiz, heç kəs anadan qəhrəman doğulmur. Mübarizlər sizlərə bir örnəkdir. Sizlər yaxşı bilirsiniz ki, Vətən  uğrunda   canından keçənlər ölmürlər. Şəhidlər əbədiyaşardırlar. Mübariz  iyirmi iki bahar yaşadı. Şəhidlik zirvəsinə qovuşanda da ömrünün bahar çağı idi. İllər ötəcək, Mübariz İbrahimov bu yaşda ömrünün baharında qalacaq…”

Daha sonra məktəbin 8 ç və 8 c sinif şagirdləri  Milli Qəhrəmanımızın şərəfinə şeirlər söyləyib, onunla bağlı maraqlı kompozisiy təqdim ediblər.

Esmira Hidayətova, Mingəçevir