“Müasir gəncliyin peşə inkişafına dəstək”in təqdimatı keçirilib

0
432

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun elan etdiyi X qrant müsabiqəsinin qalibi olan Nərmin İsmayılova “Müasir gəncliyin peşə inkişafına dəstək” adlı layihəsinin təqdimatı olub.

 

Layihə müəllifi Nərmin İsmayılova iştirakçılara layihə müddətində görüləcək işlər haqqında məlumat verib. Daha sonra layihə çərçivəsində ilk təlim keçirilib.

Təlimçi Rəşad Qurbanov tərəfindən iştirakçılara 3 günlük təlimlər zamanı əsas istiqamətlər üzrə məlumatlandırıb. İlk təlim günündə əsasən  aşağıdakı mövzulara toxunulub:

  • Peşə seçimi zamanı ortaya çıxan əsas problemlər;
  • Müstəqil peşə seçimi üçün nə etməliyik?
  • Peşə seçərkən hansı məqamlara diqqət yetirmək lazımdır?
  • Priorotet peşələr hansılardır?

Qeyd edək ki, layihə ərzində “Mingəçevir  Gənclər Evi” Sosial Xidmət Müəssisəsində iştirakçılar üçün 3 günlük təlimlərin keçirilməsi nəzərdə tutulub.

Esmira Hidayətova,Mingəçevir.