Müəmmalı təyyarə qəzalarında ölən rəsmilər

Məşhur modelyer Vittorio Missoni və çinli milyarder Lam Kok
Mauro gedərkən qayıdacağına inanırdı və bəlkə də buna görə həyat yoldaşına əlavə heç nə demədi. Amma bu gediş Mauronun son gedişi oldu və onu bir daha görən olmadı. Mauronun müəmmalı şəkildə yoxa çıxmasından sonra ailə polisə müraciət etdi. Dərhal məşhur jurnalistin axtarışı məqsədi ilə xüsusi qrup yaradıldı. Lakin uzunmüddətli axtarışlar Mauronun izinə düşməyə imkan vermədi.  Belə ehtimal edilir ki, jurnalist Mauro Matteinin müəmmalı qəzası ilə bağlı çox şey bildiyinə, əsl həqiqəti üzə çıxarmaq cəhdinə görə aradan götürülüb. Xatırladaq ki, bununla bağlı Mauronu hədələmiş, ona xəbərdarlıq belə etmişdilər. Lakin Mauro ölümdən qorxaraq geri çəkilən insanlardan deyildi və göz görə-görə belə demək mümkünsə özünü ölümün ağuşuna atdı. Mauronun müəmmalı şəkildə naməlum şəxslər tərəfindən qaçırılması dünya mətbuatında həyəcanla qarşılandı. İtaliya hökuməti bununla bağlı dünya ictimaiyyətini sakitləşdirmək üçün tezliklə Mauronun tapılacağını və onu qaçıranların ağır şəkildə cəzalandırılacağını bəyan etdi. Lakin bu günə kimi Mauronun nə ölüsünün, nə də dirisinin izinə düşmək mümkün olmayıb…

 

Vittorio Missoni rəqabət

qurbanı oldumu?

Məşhurların faciəli şəkildə həlak olmasına səbəb olan digər bir müəmmalı qəza məşhur model şirkətinin rəhbəri Ottavio Missoninin oğlu ilə bağlıdır. Oğul Vittorio Missoni atasının model şirkətinin rəsmi nümayəndəsi idi və onu xaricdə tanıtmaqla məşğul olurdu. Həmin dövrdə Missoni ailəsinə məxsus şirkətin istehsal etdiyi müxtəlif təyinatlı geyim məhsulları dünyada böyük şöhrət qazanmaqda və sahibinə yüz milyonlarla dollar gəlir gətirməkdə idi. Təbii ki, Missoni ailəsinə məxsus şirkətin  istehsal etdiyi geyimlərin dünyanın sevilən brendinə çevrilməsi onların rəqiblərini ciddi şəkldə narahat etməyə başlamışdı. Həmin dövrdə bəzi model şirkətlər Missoni ailəsinə məxsus model geyimlərə qarşı qara piara başlamışdılar. Lakin bu qara piar Missoni ailəsinin brend geyim məhsullarının dünyada daha da məşhurlaşmasına gətirib çıxararaq əks nəticə verdi. Missoni ailəsinə qarşı qara piarın davam etdiyi bir vaxtda Vittorio Missoni həyat yoldaşı Mauritsa Kastilyoni, dostları Qvido Foresti və Elda Skalventsi ilə birlikdə 2013-cü ilin yanvar ayında Los-Rokes adasından təyyarə ilə Karakasa uçası oldular. Həmin dövrdə Karakasda Missoni ailəsinə məxsus model evində yeni model geyimlərin nümayiş etdiriləcəyi gözlənilirdi. Lakin Missoni, onun həyat yoldaşı və dostlarının mindikləri təyyarə mənzil başına çatmadan müəmmalı şəkildə yoxa çıxdı. Dərhal təyyarənin axtarışı üçün xüsusi axtarış qrupu yaradıldı. Lakin heç yerdə təyyarənin izinə rast gəlmək mümkün  olmadı. Axtarışlar isə davam etməkdə idi. Baş verən hadisənin üstündən 6 ay ötəndən sonra Missonilərin mindiyi təyyarənin qalıqlarına  Los-Rokes adası sahillərindən 5,5 kilometr aralıda, Karib dənizinin 76 metr dərinliyində rast gəlmək mümkün oldu. Təyyarənin qalıqları arasından 5 nəfərin, o cümlədən, Vittorio Missoninin, həyat yoldaşı Mauritsa Kastilyoni, dostları Qvido Foresti və Elda Skalventsi və ikinci pilotun cəsədləri aşkar edildi. Təyyarənin komandirinin cəsədinə isə rast gəlmək mümkün olmadı. Təyyarənin qalıqlarını araşdıran mütəxəssislər onun havada partlamasını sübut edən hər hansı bir fakta rast gəlmədilər. Belə ehtimal edilir ki, təyyarə idarəetməni itirərək birbaşa dənizə düşüb. Bununla bağlı təyyarədə hansısa nasazlığın ola bilməsi barədə iddialar də irəli sürüldü.  Amma bunun üçün ciddi bir əsas tapılmadı. Çünki əgər təyyarədə hər hansı bir nasazlıq olsaydı və ya mühərrik qəfildən sıradan çıxsaydı, təyyarəni idarə edən təcrübəli pilotlar bu barədə ən azından məlumat verə və ya təyyarəni tərk etmək üçün xilasedici vasitələrdən istifadə edə bilərdilər. Amma onlar nə üçünsə bunu etməmişdilər. Digər tərəfdən də Missoni ailəsinin istifadə etdiyi təyyarə ən etibarlı təyyarələrdən hesab edilirdi və onun hansısa texniki nasazlıq üzündən qəzaya uğraması ağlabatan görünmürdü. Məsələ ilə bağlı şübhələri artıran daha bir müəmmalı məqam  vardı. Bu da, qəzaya uğrayan təyyarəni idarə edən pilotun cəsədinin tapılmaması ilə bağlı idi. Məntiqi baxımdan gəmini idarə edən birinci pilotun cəsədi də, onunla yanaşı olan ikinci pilotun cəsədi kimi gəminin qalıqları arasında olmalı idi. Amma gəmi komandiri olan birinci pilotun cəsədinə heç yerdə rast gəlmək mümkün olmadı. Bu da çoxsaylı ehtimalların gündəmə gəlməsinə səbəb olub. Belə bir fikir söylənilir ki, Missoni ailəsinə qarşı qara piar həyata keçirən və onun şöhrətinin artmasından ehtiyat edən rəqibləri çıxış yolunu 90 yaşlı Ottavio Missoninin oğlunu aradan götürməkdə görüblər. Belə ki, 58 yaşlı Vittorio Missoni atasının yerinə model şirkətinin rəhbəri vəzifəsini rəsmi şəkildə həyata keçirməyə hazırlaşırdı. Təbii ki, bu model şirkətinin dünya bazarında rəqiblərini daha da sıxışdırmasına gətirib çıxaracaqdı.  Məhz buna görə də irəli sürülən ehtimallardan biri məhz Vittorio Missoninin sui-qəsd nəticəsində rəqibləri tərəfindən aradan götürülə bilməsi ilə bağlı oldu. Belə bir ehtimalın doğru ola bilməsini təyyarəni idarə edən gəmi komandirinin cəsədinin tapılmaması da müəyyən qədər təsdiq  edir. Yenə də belə iddia edilir ki, Missoni ailəsinin rəqibləri tərəfindən ələ alınan gəmi komandiri təyyarəni tərk edərək paraşütlə tulanaraq canını xilas edib. İdarə edilməyən təyyarə isə dənizə düşüb və nəticədə onda olan sərnişinlər faciəli şəkildə dünyalarını dəyişiblər. Təyyarə komandiri isə izi itirmək məqsədi ilə başqa adla yaşamaqda davam edir. Yenə də bu iddiaları sübut etmək üçün bu günə kimi tutarlı dəlil tapılmayıb. Bütün bunlarla yanaşı Missoni ailəsinin təsadüfi təyyarə qəzasında, özü də sahildən cəmisi 5 kilometr məsafədə faciləi şəkildə həlak olmasına inanmaq olduqca çətindir.

 

Çinli milyarder Lam Kok müəmması

2013-cü ilin dekabr ayının 21-də beynəlxalq aləmdə böyük əks-sədaya səbəb olan daha bir vertolyot qəzası baş verdi. Bu dəfə isə qəza dünyanın ən məşhur milyarderlərindən biri hesab edilən və əslən Honkonqdan olan çinli iş adamı Lam Kok və onun 12 yaşlı oğlunun həyatına son qoydu. Lam Kok həmin dövrdə Fransanın Bordo şəhəri yaxınlığındakı Şato de la River adli yerdə 65 hektar üzüm bağı  almışdı. Bu üzüm bağlarında isə həmin dövrdə Fransanı dünyaya tanıdan ən qiymətli üzüm növləri vardı. Honkonqda “Brillyant” kompaniyasının sahibi olan və  dünya bazarında qiymətli daş-qaş alveri ilə məşhurlaşan Lam Kokun həm də elit dairələrdə məşhur olan Çin çayı istehsal edən fabriki vardı. Bununla belə Lam Kok dünyada məşhur olan Fransa üzümü əsasında şərab istehsal edən zavod da inşa etdirmək niyyətində idi və üzüm bağlarını da bu məqsədlə almışdı. Bundan əlavə son dövrlərdə Lam Kok Bordo şəhərində yeni otel inşa etdirmiş və Cənub-Şərqi Asiya ölkələrindən Fransaya turist səfərləri təşkil etməyi planlaşdırmışdı. Qəza baş verən gün dekabrın 21-də Lam Kok 12 yaşlı oğlu, həyat yoldaşı, o cümlədən milyarderin bağı satın aldığı Ceyms Qrequar ilə birlikdə vertolyotdan üzüm bağlarını seyr etmək istəyirdi. Lakin son anda həyat yoldaşı  qorxduğunu iddia edərək vertolyota minməkdən imtina etdi. Amma vertolyot havaya qalxandan az sonra idarəetməni itirərək yaxınlıqdakı Dordon çayına düşdü. Vertolyotda olanların hamısı, o cümlədən, çinli milyarder Lam Kok, onun 12 yaşlı oğlu və vertolyotu idarə edən Ceyms Qrequar faciəli şəkildə dünyasını dəyişdi. Çinli milyaderin mindiyi vertolyotun müəmmalı şəkildə qəzaya uğraması üsə belə demək mümkünsə yenidən beynəlxalq aləmdə çoxsaylı ehtimalların ortaya çıxmasına səbəb oldu. Belə bir iddia ortaya atıldı ki, Kokun mindiyi vertolyotun qəzaya uğrayacağından onun həyat yoldaşının xəbəri olub. Buna səbəb kimi isə çinli milyarderin həyat yoldaşının əvvəllər də dəfələrlə təyyarə ilə müxtəlif ölkələrə uçduğu göstərildi. Yəni qadının əri ilə vertolyota minməkdən imtina etməsi və bunu qorxması ilə əlaqələndirməsi baş verən hadisədə ondan şübhələnməyə əsas vermişdi. Belə ehtimal edilir ki, qadın həyat yoldaşı öləndən sonra onun milyardlarına sahib olmaq məqsədi ilə ona qarşı hansısa sui-qəsd düzəldib. Qeyd edək ki, çinli milyarder qəza nəticəsində öləndən sonra  onun var- dövlətinin böyük hissəsi həyat yoldaşına çatdı. Yenə də iddialara görə, çinli milyarderin müəmmalı şəkildə ölməsində Fransa xüsusi xidmət orqanlarının əli olub. Belə ki, Lam Kokun satın aldığı üzüm bağları Fransada ölkənin milli sərvəti hesab edilir və fransızlar ilk günlərdən bu alqı-satqının əleyhinə idilər. Yeri gəlmişkən bununla bağlı digər bir faktı da xatırlatmaq istəyirik. Belə ki, 2002-ci ildə də həmin bağları satın alan iş adamı müəmmalı şəkldə təyyarə qəzasına düşərək dünyasını dəyişmişdi. Bütün hallarda çinli milyarder Lam Kokun faciəli şəkildə qəzada ölməsi ilə bağlı ehtimalların nə qədər doğru olub-olmadığını sübut etmək çətindir. Lakin o da aydındır ki, Lam Kokun faciəli şəkildə ölməsinin arxasında bunda maraqlı olan adamlar olub…

 

 

Əziz Mustafa