Müəllimlərin “Rəngli duyğular”ı

512

13-16 iyun tarixlərində Rəssamlar İttifaqı V.Səmədova adına sərgi salonunda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rəssam müəllimlərinin “Rəngli duyğular” adlı yaradıcılıq sərgisi  keçiriləcək.

Layihənin rəhbəri Türkan Abbasovanın sözlərinə görə, layihənin əsas məqsədi ADMİU-nin rəssam müəllimlərin əsərlərini geniş tamaşaçı auditoriyasına təqdim etmək, istedadlı və yaradıcı gəncləri dəyərli sənət nümunələri ilə yaxından tanış etmək və gələcək inkişaflarına zəmin yaratmaq, müxtəlif texnika və üsullarda işləyən tanınmış rəssamları bir araya gətirərək, bütöv bir ekspozisiyada birləşdirməkdir: “Rəssamlar yaratdıqları əsərlərdə əsasən öz duyğularını əks etdirirlər. Məhz elə buna görə də sənətkar rəssamların əsərləri bu qədər fərqli  və təkrarsızdır. Biz də elə bu aspektdən çıxış edərək sərgimizi “Rəngli duyğular” adlandırdıq. Çünki hər bir əsər rəssamın rənglərə çevirdiyi duyğu və hissləridir”.

Sərgidə rəssamlarımızın müxtəlif konsepsiyalarda işlənmiş və müxtəlif təsviri sənət növlərində – rəngkarlıq, qrafika, heykəltəraşlıq və s.olan əsərləri nümayiş olunacaq.   Sərgidə tanınmış rəssamlardan Arif Əziz, Ağəli İbrahimov, Xanlar Əhmədov, Həmzə Abdullayev, Aytən Rzaquliyeva, Fəxrəddin Qəhrəmanlı, Bayram Hacızadə və b. iştirak edirlər.