Mövlanadan seçmələr

523

Nə insanlar gördüm ki, əynində libası yox,

Nə libaslar gördüm ki, içində insanı yox.

Eşşəyə şəkər verməyin nə mənası var, eşşəyinki otdur.

Qarğa bağda qarıldayır deyə bülbül də öz nəğməsini kəsərmi heçə

Pislər öz pisliyindən qalmaz, sular isə onların pisliyini təmizləməkdən yorulmaz.

Dikandan gül bitirən qışı da bahara döndərə bilər.

Sərv ağacını bu təravətlə göylərə ucaldan kədəri də sevincə çevirə bilər.

Nə dəniz bir köpəyin ağzından murdarlanar,

Nə günəş üfürməklə sönər.

Gürzü özünə vur, təkəbbürünü, xudbinliyini əz, sındır.

Bu dünyaya dikilən gözlərin qulağa tıxanmış pambığa bənzər.

Oruc tutmaq çətindir, amma Allahın mərhəmətindən mərhum qalmaqdan,

bir dərdə mübtəla olmaqdan daha yaxşıdır.

Qabığı qırılan sədəf üçün üzülmə,

çünki onun içindən inci çıxacaq.

Elm sahilsiz bir dəniz, elm istəyən isə dənizlərə dalan dalğıcdır.

Buludlar ağlamasa, yaşıllıqlar necə gülərə

Bülbül gözəl ötdüyündən qəfəsə salınar,

Qarğanı, ya bayquşu kim qəfəsdə saxlar kiə

Olmayanda turş meyvə belə adama şirin gələr.

Aşiqlərin könül yanğısı və göz yaşları olmasaydı,

bu dünyada nə su olardı, nə atəş.

İki barmağınla gözlərini qapa. Bir şey görə bilirsənmiə

Amma sən görə bilmirsən deyə bu dünya yox deyil ki.

Ey qardaşım, bu dünya iti bir qılınc kimi qarşındadır,

Tövbə və Allaha qulluq qalxanını əlindən yerə qoyma.

İstər qızıl olsun, istərsə də can, istər inci olsun, istərsə mərcan,

Nə dəyəri var bir sevgiyə xərclənmədisə, bir sevgi yolunda fəda edilmədisə.

Bu dünyada yüzlərlə axmaq ətək dolusu qızıl verib şeytandan dərd satın alır.