Moskva Kiyevin notasını alıb

49

Ukraynanın Xarici İşlər Nazirliyi Rusiya tərəfini diplomatik əlaqələrin kəsildiyi barədə xəbərdar edib.

RİA novosti agentliyi bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovaya istinadla məlumat yayıb.

“Biz dünən Ukrayna XİN-in bizim ölkəmizlə diplomatik əlaqələrin kəsildiyi barədə notasını almışıq. Bildiyiniz kimi, bu, bizim seçimimiz deyil”, – Zaxarova belə deyib.

Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 24-də – Vladimir Putin Donbasda xüsusi hərbi əməliyyatın başlandığını bildirdikdən sonra Rusiya ilə diplomatik əlaqələrin kəsildiyini elan etmişdi.