Moskva-Bakı reysi ilə müntəzəm uçuşlar bərpa edilir

76

Rusiyanın “Aeroflot” aviaşirkəti Moskvadan Bakıya müntəzəm reysləri bərpa edir.

Uçuşlar fevralın 17-dən bərpa olunur. Moskva-Bakı marşrutu ilə uçuşlar çərşənbə və bazar günləri, əks istiqamətdə isə bazar ertəsi və cümə axşamı günləri baş tutacaq. Eyni zamanda, “Aeroflot” Qazaxıstan, Hindistan və Ermənistana da uçuşları bərpa edir.