Moskva ABŞ-ı… məcbur edəcək

933

Moskva ABŞ-ı Rusiyaya hörmət etməyə məcbur edəcək. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Onun sözlərinə, hazırda ABŞ hakimiyyətində gücün təkəbbürü, öz müstəsnalığına tam əminlik, hamıdan yüksəkdə dayanması hissi hökm sürür: “Lakin biz sözümüz və əməlimizlə bunun əksini sübut edəcəyik. Yekunda onları özümüzə hörmət etməyə və fikrimizlə hesablaşmağa məcbur edəcəyik”.

S. Ryabkov qeyd edib ki, insanlar hazırda Rusiyanı necəsə sındırmağın mümkün olması xəyalının əsirliyində yaşayırlar: “Moskva üçün münasibətlərin yeganə məqbul variantı yalnız beynəlxalq hüquqa tam hörmət, qarşılıqlı balans və bir-birinin maraqlarını nəzərə almaqdan ibarətdir”.