Moqerini: “… Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq”

410

ABŞ-ın mövqeyindən asılı olmayaraq Rusiyaya qarşı Avropa İttifaqı tərəfindən tətbiq edilən iqtisadi sanksiyalar qüvvədə qalacaq. apa-nın məlumatına görə, , bunu “Wall Street Journal” qəzetinə müsahibəsində Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bəyan edib.

“ABŞ administrasiyasında baş verən dəyişikliyə, veriləcək qərarlara baxmayaraq siyasətimiz dəyişməz olaraq qalacaq. Minsk razılaşmaları yerinə yetirilənə qədər Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq”, deyə F.Moqerini bildirib.

O, Rusiyaya qarşı sanksiyaların daha altı ay müddətinə uzadılacağını təsdiqləyib.

Ötən ay Almaniyanın “Deutsche Welle” nəşrinə müsahibəsində F.Moqerini Avropa İttifaqının Ukrayna ilə bağlı siyasətinin Vaşinqtonda müəyyənləşmədiyini, ABŞ administrasiyasında baş verən dəyişikliyə baxmayaraq Aİ-nın Rusiyaya qarşı siyasətinin dəyişməz qalacağını bildirmişdi.

Qeyd edək ki, Avropa İttifaqı dekabrda Brüsseldə keçiriləcək sammitdə Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini uzatmağı planlaşdırır.