“Möcüzə” adi görünən şeylərdir

563
Müəllim şagirdlərə “dünyanın yeddi möcüzəsi”ni yazmağı tapşırmışdı. Siyahılar müxtəlif olsa da, ən çox adı çəkilənlər bunlar idi:
1) Misir Piramidaları.

2) Tac Mahal.

3) Böyük Kanyon.

4) Panama Kanalı.

5) Empayr Steyt Binası.

6) Müqəddəs Pyotr Sarayı.

7) Və Çin Səddi…

Müəllim cavabları yığanda bir qızın tərəddüd etdiyini gördü. Ona yaxınlaşıb, bir çətinliyi olub-olmadığını soruşdu. Qız: “Əslində elə bir çətinliyim yoxdur, ancaq siyahıya salmaq üçün o qədər şey var ki, heç cür qərar verə bilmirəm”, – dedi. Müəllim: “Elə isə de görüm, siyahıya hansı yerləri salmaq istəyirsən? Bəlkə biz sənə kömək edə bilərik”, – deyə təklif etdi. Qız, əvvəlcə, duruxdu, sonra yazdığı siyahını oxumağa başladı:

1) Görmək.

2) Eşitmək.

3) Toxunmaq.

4) Dadmaq.

5) Hiss etmək.

6) Gülmək.

7) Və sevmək…

Sinfə dərin bir səssizlik çökdü…

P. S. Əslində həyatda “möcüzə” dediyimiz şeylər bizə qeyri-adi yox, adi görünən şeylərdir. Üstəlik, onları nə almaq, nə də satmaq olar..