Misirdə üçgünlük matəm elan edilib

512

Misirdə məsciddə partlayış nəticəsində xeyli sayda adamın həlak olması ilə əlaqədar üçgünlük matəm elan edilib. Matəmi Prezident Administrasiyası elan edib. TASS-ın məlumatına görə, Misir Daxili İşlər Nazirliyi isə paytaxt Qahirədə fövqəladə vəziyyət rejiminin tətbiq edilditini elan edib. Bununla əlaqədar güc strukturları bütün dövlət və ictimai əhəmiyyətli qurumları mühafizə altına alacaqlar.

Xatırladaq ki, terrorçular bu gün Sinay yarımadasında məcsiddə partlayış törədiblər və ibadətgahdan çıxanları güllələyiblər. Son məlumata əsasən, 184 nəfər həlak olub, 120 nəfər isə xəsarət alıb.