Mirzə Ələkbər Sabir Fondu yeni layihə təqdim edir

385

Mirzə Ələkbər Sabir Fondu dünya klassiklərinin yaradıcılığına xitabən  özünün yüksək mənəvi-əxlaqı dəyərlərinə görə dünya çapında  əhəmiyyət kəsb edən parlaq nümunələri Azərbaycan oxucusuna daha yaxın etmək üçün yeni bir layihəyə start verir. 

Azərbaycanda   bir ilk olan və  ART-Motiv adlı bu layıhə dünya ədəbiyyatının motivasiyaedici  nümunələrini  (Qabriel Qarsia Markez “ Vida məktubu”, Maxatma Qandi ”Dua”,  Avraam Linkolnun oğlunun müəlliminə məktubu”,  Antuan de Sent Ekzüperi “Dua” və s.) daha yaxından tanıtmaq və sevdirməklə yanaşı, yaş həddi olmadan hər kəsin, xüsusilə formalaşmaqda olan gənclərin mənəvi dünyasının  daha  da  zənginləşməsi üçün nəzərdə tutulur. Əsas məqsəd  yeni texnoloji imkanların və effektlərin  qazandırdığı üstünlüklərdən yararlanaraq  təqdim olunan nümunələrin təsir gücünü bir qədər də artırmaqla cəmiyyətin hər bir üzvünün həyata baxışlarının daha aydın, daha işıqlı, daha keyfiyyətli, cəmiyyətin və dövlətimizin  maraqlarına uyğun olaraq   daha pozitiv  notlarda köklənərək ən doğru istiqamətə yönəlməsinə kömək etməkdir. 

ART-Motiv layihəsinin təqdimatı  fevralın 15-də,  saat 15.00-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçiriləcəkdir.