Dünyada miqrantların sayı 258 milyonu ötüb. Bu barədə BMT-nin iqtisadi və sosial məsələlər üzrə departamentinin məruzəsində deyilir. Hesablamalara əsasən, 2000-ci illə müqayisədə dünyada miqrantların sayı 49% artıb, onlardan 26 milyonu qaçqınlardır. Hazırda ən çox miqrant ABŞ-da yaşayır – 49,8 milyon nəfər. Səudiyyə Ərəbistanında, Almaniyada və Rusiyada bu rəqəm 12 milyon, Böyük Britaniyada – 9 milyon təşkil edir. Ölkələrini tərk edənlərin sayına görə Hindistan liderlik edir – 17 milyon. İkinci yerdə Meksika qərarlaşıb, bu ölkəni13 milyon insan tərk edib. Rusiya, Çin, Banqladeş, Suriya, Pakistan və Ukraynadan 6 milyondan 11 milyonadək insan köç edib.APA
Son xəbərlər
Mingəçevirdə “Qarabağın tacı Şuşa” adlı tədbir keçirilib
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bərdə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Mingəçevirdə Şuşa ili əlaqədar geniş konsert proqramı təşkil olunmuşdur. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın...