Minsk sazişləri icra olunarsa, Rusiya üzərindən sanksiyalar götürülər

584

Ukrayna üzrə Minsk sazişləri nə qədər tez icra olunarsa, Rusiya üzərindən sanksiyalar bir o qədər tez götürülər. Bu barədə ABŞ dövlət katibi Con Kerri Rusiya prezidenti Vladimir Putinlə danışıqların yekunlarına dair bəyanatında bildirib.

“İstərdim həmçinin qeyd edim ki, Ukrayna üzrə Minsk sazişinin icrasına dair lazımi addımlar atılmalıdır və Ukraynada böhranın həlli üçün səylər davam etdirilməlidir. Biz razılıq əldə olunan məsələlər üzrə əməkdaşlığın davam etdirilməsinə dair razılığa gəldik. Ukrayna üzrə Minsk sazişləri nə qədər tez icra olunarsa, Rusiya üzərindən ABŞ və Aİ sanksiyaları bir o qədər tez götürülər”, deyə Con Kerri bildirib.

Kerri daha sonra isə ABŞ-ın Suriyada rejim dəyişməkdə maraqlı olmadığını bildirib: “ABŞ və tərəfdaşları bu günSuriyada rejimin dəyişməsinə cəhd etmirlər. Biz bildirmişik ki, Əsədin gələcəkdə lider olmaq imkanı yoxdur, lakin bu gün biz diqqətinizi aramızda olan fikir ayrılıqlarına yönəltmirik”.

O qeyd edib ki, danışıqlar zamanı əsas diqqət Suriya xalqına ölkəsinin gələcəyini özü müəyyən etməsinə imkan yaradacaq siyasi prosesə yönəlib.