Mingəçevirlilərin töhfəsi

0
114

Prezident cənab İlham Əliyevin doğum günü münasibətilə  Mingəçevirdə şəhərin müxtəlif ərazisilərində ağacəkmə kampaniyası keçirilib. Kampaniyada şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, hüquq-mühafizə orqanları, YAP şəhər təşkilatı və ictimayyət nümayəndələri tərəfindən şəhər ərazisində müxtəlif növ ağaclar əkilib.

 

 

 

 

Qeyd edək ki, ağaclar aqrotexniki şərtlərə əməl olunaraq əkilib. Bu həm də ölkə Prezidentinin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun ağac əkilməsinin təşviqi məqsədilə “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” aksiyasına bir töhfə olub.

Esmira Hidayətova, Mingəçevir