Mingəçevirlilərə Su çərşənbəsi töhfəsi

196

Mingəçevirin  küçə və parklarındakı yaşıllıqların suvarılması üçün suvarma şəbəkəsinin çəkilişinə başlanmışdır.  Bu işlərə start verilməsi isə baharın müjdəçisi olan ilk çərşənbə – Su çərşənbəsinə, yəni fevralın 23-ə təsadüf edir. Bu mənada mingəçevirlilər Su çərşənbəsi ilə bayram hazırlıqlarına başlayıblar desək, yanılmarıq. Elə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov da saytımıza verdiyi açıqlamasında bunu xüsusi vurğuladı. Bildirdi ki, bu işi həm də şəhər sakinlərinə Novruz töhfəsi kimi də dəyərləndirmək olar.

Qeyd edək ki, Mingəçevir  şəhərində su-kanalizasiya xətti yenilənərkən köhnə şəbəkə ləğv olunmuş, yeni şəbəkə yaranmamışdır. Bu da şəhərin yaşıllıqlarının suvarılmasında  böyük problem yaradırdı.

Esmira Hidayətova, Mingəçevir