Mingəçevirli məktəblilər cənub bölgəsinə yola düşüblər

590

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan, gənclərin və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayan “Ölkəmizi tanıyaq” devizi ilə onların respublikamızın müxtəlif bölgələri ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiyası çərçivəsində Mingəçevir şəhərindən olan 40 nəfər məktəblidən ibarət qrup ölkəmizin cənub bölgəsinə yola düşüb. Məktəblilərin yola salınması ilə bağlı Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında mərasim təşkil olunub. Məktəbilər valideyinlərin, təhsil kollektivlərinin, ictimayyət nümayəndələrinin iştirakı ilə yola salınıb.

Turun məqsədi barədə açıqlama verən Mingəçevir şəhər İcra Hakimiyətinin nümayəndəsi Elşən Əliyev gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən söz açaraq bildirib ki, bu gün 40 nəfər şagirdimiz Lənkəran, Masallı, Astara bölgələrinə yola salınır: “Şagirdlərimizin tur-aksiyası 4 gün davam edəcək. Həmin müddətdə şagirdlərimiz Lənkaran şəhərində Bayraq Meydanına, H.Əliyev Mərkəzinə, Gənclər evinə ekskursiya edəcəklər, eyni zamanda Milli Parka, Qoşa Qala qapılarına, H.Aslanovun ev muzeyinə, Dairəvi Qalaya və digər görməli yerləri baş çəkəcəklər.

Şagirdlər və valideyinlər də bu maarifləndirici tur-aksiyası ilə bağlı öz təəssüratlarını bizimlə bölüşüblər.17 saylı məktəbin 9-cu sinif şagirdi Əzimli Kərəm deyib: “Belə tədbirlər yurdumuzun hər qarışını daha yaxşı tanımağımıza bir vasitədir. Sağ olsun, belə aksiyaları təşkil edənlər”.

13 saylı məktəbin 10-cu sinif şagirdi Əhmədova Fidan isə bildirb: “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiya bizim həm bilik və bacarıqlarımızı artırmağa, həm də dünyagörüşümüzü formalaşdırmağa kömək edir”.

Əhmədova Zemfira bu gün hər iki övladının ekskursiyaya yola düşdüyünü vuğulayıb: ” Ölkə başçımıza dərin təşəkkürümüzü bildririk ki, belə bir addım atıb. Çünki biz övladlarımıza o qədər də bölgələrimizlə bağlı məlumat verə bilmirik. Bu cür tur-aksiyaların təşkili övladlarımız üçün böyük bir hədiyyədir. Hər kəsə öz minnətdarlığımı bildirirəm”

Esmira Hidayətova, Mingəçevir.