Mingəçevirin yeni icra başçısı ictimaiyyətə təqdim edilib

571

Prezident İlham Əliyevin Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. Bu gün yeni başçı ictimayyətə təqdim olunub. Təqdimat Mingəçevir İcra Hakimiyyətində keçirilib. Yeni başçı İlham İsmayılovu Prezidentin Ərazi –təşkilat məsələləri üzrə köməkçisi – şöbə müdiriZeynal Nağdəliyev tərəfindən təqdim edilib. Zeynal Nağdəliyev çıxışında bildirib ki, Mingəçevirə yeni başçı təyin olunmaq üçün bir çox insanların adları çəkilib. Lakin cənab Prezidentin təkidi ilə Mingəçevirə İlham İsmayılov başçı təyin edilib: ”Mingəçevirlilər ziyalı, zəhmətsevər insanlardır. Prezidentimiz bu şəhərə 7 dəfə səfər edib. Hər an bu şəhər cənab Prezidentin diqqət və qayğısındadır. Biz inanırıq ki, Prezidentin bu təqdimatı burada özünü tam döğruldacaq. Çünki mingəçevirlilərlə birgə çiyn-çiyinə işləyən İlham İsmayılovu hamı yaxşı tanıyır. Prezident İlham İsmayılovu təsadüfən bu şəhərə başçı seçməyib. Həmişə bu şəhərin xoş sədaları eşidilib. Mən bu gün də burada xoş əhval-ruhiyyəgördüm. Burada gördüyüm xoş əhval ruhiyyəni cənab Prezidentə çatdıracam”.

Təqdimatda yeni başçı İlham İsmayılov çıxış edərək bildirib ki, təyinatı mıyüksək etimad kimi dəyərləndirirəm: ”Bu cənab Prezidentin mənim üzərimə qoyduğu məsuliyyətdir. Çalışacam ki, cənab İlham Əliyevin yüksək etimadını doğruldum. Mingəçevir şəhərinə dövlət dəstəyi var. Şəhərdə quruculuq, abadlıq işləri gedir və bu işlər davam etdiriləcək. Cənab Prezidentin siyasəti Mingəçevirdə yüksək aparılıb, bundan sonra da davam etdiriləcək”. 

Daha  sonra  MDU rektoru Akif Hacıyev, Əli Ağamirov, Eyyub Eyyubov ictimayyət adından təbriklərini çatdırıblar.

Qeyd edək ki, təqdimat mərasimində Prezident administirasiyasının məsul işçisi Vəfadar Bağırov, şəhərin hüquq-mühafizə orqanları və idarə, təşkilat, təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Esmira Hidayətova,Mingəçevir.