Mingəçevirə “Hərəmiz bir ağac əkək!” aksiyası ilə yeni töhfələr verilir 

517

Mingəçevirin şəhər statusu almasının 70 illiyi ilə bağlı kecirilən silsilə tədbirlər çərçivəsində ağacəkmə kompaniyaları da təşkilı edilib. Son iki gün ərzində Heydər Əliyev prospektində, Energetiklər yaşayış massivindəki Naxçıvan, Cəmil Əliyev, Abdulla Şaiq küçələrində, Gəncə şosesində, məhəllədaxili ərazilərdə 1300 ədəd şam,sərv və akasiya ağacları, eləcə də 500 ədəd həmişəyaşıl kol əkilib. Yeni yaşıllıqıların daimi su təminatı yaradılıb. Bununlada 70 yaşlı müasir Mingəçevirin yaşıllığına yeni töhfələr verilib. 

Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə işlənib hazırlanan və respublikamızın bütün bölgələrində böyük razılıq hissi ilə qarşılanan “Hərəmiz bir ağac əkək!” aksiyasında Mingəçevir şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivi və dərnək üzvləri yüksək mütəşəkkilliklə iştirak ediblər. Mingəçevirin şəhər statusu almasının 70 illiyi ərəfəsində Heydər Əliyev prospekti boyunca “Hərəmiz bir ağac əkək” devizi altında yürüş keçirən şagirdlər ictimaiyyətin qiqqətini yaşıllıqların qorunması və yeni ağacların əkilməsinin vacibliyinə yönəldiblər. Ekoloji mühitin sağlamlığının qorunması məqsədi ilə həyata keçirilən bu xeyirxah aksiya çərçivəsində “Kür” Kompüter zavodunun yaxınlığında keçirilən iməcilikdə mərkəzin bütün işçiləri, dərnək rəhbərləri, şagirdlər və valideynlər böyük həvəslə iştirak ediblər. Mərkəzin ekologiya bölməsində yetişdirilən ağac tinglərinin, gül kollarının vaxtaşırı şəhərin ayrı-ayrı yerlərində əkilməsi davam etdiriləcək.

Esmira Hidayətova, Mingəçevir