Mingəçevirin unversal musiqiçisi – Polad Osmanov

0
411

Qarmon, nağara, pianino, tar, kamança – sadalanan musiqi alətlərinin hər birində ifa edə bilir. Bununla bərabər oxumağı da bacarır. Elə buna görə də Polad Osmanova Mingəçevirdə unversal musiqiçi deyirlər.

Polad Osmanov 1974-cü ildə Ağdaş rayonun Nemətabad kəndində, musiqçi ailəsində doğulub. Uşaq yaşlarından ailəsi ilə birgə Mingəçevirə köçüb. Atası qarmon ifaçısı olan unversal musiqçinin ilk öyrəndiyi alət də elə qarmon olub.

Polad Osmanov Asəf Zeynallı adına musiqi məktəbini tar sinifini başa vurduqdan sonra musiqi alətlərinə marağı daha da artır. Elə bu səbəbdən bir neçə alətdə ifa etməyi öyrənir. Polad Osmanov onun üçün ən maraqlı, nisbətən çətin öyrədiyi musiqi alətinin kamança olduğunu deyir.

 

43 yaşlı şəhər sakini məclislərdə iştirakçıları təəccübləndirə də bilir. Belə ki, tar,qarmon, nağara çaldıqdan sonra muğam ifa etməyə başlayanda alqışlarla qarşılanır.

Hazırda Aran bölgəsinin toylarını onsuz təsəvvür etmək olmur. Unversal musiqçinin tələbələri də az deyil.

Esmira Hidayətova, Mingəçevir