Mingəçevirin “Nur“u şəhid analarını təbrik edib

269

 

Mingəçevir “Nur” qrupunun üzvlərinin təşəbbüsü  ilə bir qrup gənc könüllü Vətən uğrunda canlarından keçən şəhidlərimizin ailələrini  mütamadi olaraq ziyarət edir, gündəlik qayğıları, problemləri ilə yaxından maraqlanırlar.

Bu dəfə gənclər Azərbaycanın suverenliyi uğrunda canlarından keçib şəhid olan igidlərimizin analarını ziyarət edib, onların 8 Mart Qadınlar Bayramın münasibətilə  təbrik ediblər.

“Nur” qrupunun həmtəsisçiləri Etiram Sadıqzadə, Türkan Əkbərova və 20 yaxın qrupun könüllüləri şəhid analarına gül dəstələri və hədiyyələr təqdim ediblər.

Gənclərimiz qeyd ediblər ki, şəhidlərin xatirəsi daim uca tutulacaq, biz gənclər tərəfindən şəhid ailələri və onların qəhrəman şəhid övladlarının  xatirəsi heç zaman unudulmayacaq,  bu təşəbbüs gələcək nəsillərə  də örnək olaraq ötürüləcək.

 

 

Esmira Hidayətova, Mingəçevir