Mingəçevirin icra başçısı qadınları təbrik etdi

144

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 8 Mart -Beynəlxalq Qadınlar Günü münasibətilə video formatda qadınları təbrik edib. O, bildirib ki, bütün dünyada qadınlarımız kişilərlə bərabər bütün sahələrdə çalışırlar: ”Bu gün müstəqil Azərbaycan cəmiyyətində xanımlarımızın normal fəaliyyəti üçün lazımi şəriat yaradılmış, onlar dövlət səviyyəsində diqqət və qayğı ilə əhatə olunmuşlar. Onlar bütün dövlət strukturlarında layiqincə təmsil olunurlar, bacarıq və qabiliyyətlərinə uyğun cəmiyyətdə öz yerlərini tuturlar. Ölkə Prezidenti cənab İlham Əliyev də öz fəaliyyətində qadınlara xüsusi diqqət ayırır. Elə dövlətimizin başçısın 8 Martla bağlı təbrikində deyilir ki, qadınlar milli dövlət quruculuğu işinin fəal iştirakçıları kimi ölkəmizin sosial-iqtisadi, mədəni və elmi potensialının artırılması üçün qüvvələrini əsirgəmədən tariximizdə dərin iz qoyan fədakar, mübariz və məğrur sələflərindən aldıqları tükənməz mənəvi güc sayəsində bütün sınaqları dəf etmiş, öhdələrinə düşən vəzifələri şərəflə yerinə yetirmişlər.”

İcra başçısı, həmçinin vurğulayıb ki, yola saldığımız ötən ildə pandemiya ilə bağlı çətinliklər olsa da Mingəçevirin sosial-iqtisadi həyatında xüsusi inkişaf ili olmuşdur: “Mingəçevir şəhərində aparılan işlərdə, bu uğurların qazanmasında qadınlarımızın da böyük fəallığı olmuş, uğurlu nəticələrimizin sevincində onların da payı vardır. Qeyd etmək istərdim ki, şəhərin ictimai-siyası həyatında qadınlarımız həmişə fərqləniblər. Şəhər əhalisinin 52%-ə qədəri qadınlardır. Onlardan 20%-dən çoxu işləyir. 1000 nəfərdən çox qadın sahibkarlıq fəliyyəti ilə məşğuldur. Ali təhsil müəssisələrimizdə 25 nəfər alim-qadın fəaliyyət göstərir. 5 nəfər qadın QHT lideri kimi ictimai işlərdərir. Bundan başqa şəhərin təhsil, səhiyyə, mədəniyyət müəssisələrində çalışanların əksəriyyətini qadınlar təşkil edirlər. Onların çoxu dövlət səviyyəsində fəxri adlara və medallara layiq görülmüşlər”.

Tədbirdə YAP Mingəçevir şəhər Təşkilatının Qadınlar Şurasının sədri Nurcamal Məmmədova, MDU Humanitar Elmlər Kafedrasının müdiri Esmira Cəfərova, Uşaq Gənclər İnkişaf Mərkəzinin diraktoru Ədalət Quliyeva, 10 saylı uşaq bağçasının müdiri Nətavan Cəfərova çıxış edərək təbriklərə görə minnətdarlıqlarını bildirməklə yanaşı, şəhərdə görülən işlərlə bağlı öz təlkif və rəylərini səsləndiriblər.

Sonda icra başçısı ölkənin Birinci vitse-prezidenti Mehiran xanım Əliyeva başda  olmaqla bütün qadınların bayramını bir daha təbrik edib.

Esmira Hidayətova, Mingəçevir