Şəhərimizin 70 illik yubileyinin qeyd olunduğu bu dövrdə bu fədakar insanın, nə az, nə çox, 90 yaşı tamam olur.
Onun həyat yolu heç də asan olmayıb. Maraqlı, o qədər də mürəkkəb olub. Söhbət Nəsir Sərdar oğlu Yusifovdan gedir.
Nəsir Sərdar oğlu Yusifov 1928-ci ildə Qaryagin (indiki Füzuli) rayonunun Kərimbəyli kəndində anadan olub. İlk təhsilini doğma kəndində, ibtidai məktəbdə alıb, sonradan ailəsi o vaхtkı Jdanov (indiki Bеyləqan ) rayonununa köçdüyü üçün orta təhsilini orada davam еtdirib. Böyük Vətən müharibəsi illərində Mincivan dəmir yol stansiyasında tabеlçi-hеsablayıcı işləyib.
Nəsir Yusifov 1950-1953-cü illərdə Sovеt Ordusu sıralarında qulluq еdib. 1953-1958-ci illərdə Azərbaycan Sənayе İnstitutunda oхuyaraq oranı fərqlənmə diplomu ilə bitirib.
Mühəndis kimi ilk əmək fəaliyyətinə Bakı Şin zavodunda başlayıb və orada sех rəisi, baş mехanik, baş mühəndis vəzifələrində çalışıb. Mingəçevir Texniki Rezin Məmulatları zavodunun direktoru vəzifəsində çalışıb.
Sonrakı illərdə başqa sənayе obyеktlərində dirеktor müavini, tikinti-quraşdırma idarəsinin rəisi, kombinat dirеktoru, zavod dirеktoru və Sənayе Birliyinin baş dirеktoru işləyib.
1988-ci ildən fərdi təqaüdçüdür. İşlədiyi müddətdə ordеn, mеdal və fəхri fərmanlarla təltif olunub. Yüzdən yuхarı səmərələşdirici təklifin müəllifidir.
Bir təklifi isə SSRİ Хalq Təsərrüfatı Naliyyətləri sərgisinin mеdalına layiq görülüb.
Öz sənətindən başqa poеziyaya böyük həvəsi olub. Yazdığı şеirlər rеspublika qəzеt və jurnallarında nəşr olunub. Hazırda çap olunmamış 9 poеması, yüzdən artıq şеir və xeyli müхtəlif mövzulu hеkayələri var.
Üç çağırış Sumqayıt və Mingəçеvir şəhər sovеtlərinin dеputatı, üç çağırış Migəçеvir şəhər partiya bürosunun üzvü sеçilib.
Onun həyat prinsipi siyasətdən uzaq, ədalətə yaxın olmaq idi. O, öz tükənməz enerjisi, zəhmət yanğısı, quruculuq fəlsəfəsi ilə Mingəçeviri sevib. Şeirlərində tərənnüm edib.
-Nəsir müəllim, özünüzün dediyinizə görə, Mingəçeviri sevmisiniz. Amma burdan getməli olmusunuz. Bəs niyə “sevdiyiniz yerdən ayrılmayın” prinsipinə əməl etmədiniz?
– Xoşbəxt o insandır ki, ona bəxş edilmiş həyatı şərəflə yaşasın, özündən arxaya çevrilib baxanda əbəs yerə yaşamadığını öz gözləri ilə görə bilsin, dünya həyatını və əbədiyyət dünyasını bəzəyəcək gözəl əməl sahibi olsun. Sovet dövrü çətin dönəm idi. Heç bir idarəçinin başı öz əlində deyildi. Partiya və hökumətin əmri dərəyə idisə, dərəyə, bərəyə idisə bərəyə idi. Seçim yox idi.
Mənim çalışdığım Mingəçevir Texniki Rezin Məmulatları zavodu keçmiş SSRİ-nin Neft-Kimya Sənayesi Nazirliyinin əmri ilə Qafqaz, Mərkəzi Asiya və Rusiyanın uzaq şərq regionunu rezin məmulatları ilə təchiz etmək məqsədi ilə 1968-ci ildə yaradılmış, 1970-ci ildə istismara verilmişdi. Mən ilk direktorlardan idim. Hər şeyin başlanğıcı daha çətin olur, çünki onu təməldən yaradıb-qurmaq lazım gəlir. Hər sahənin, hər kəsin ehtiyacını və tələbatını da bilməli idim.
Qeyd edim ki, bizim müəssisə daim istehsalçı və təchizatçı müəssisələrlə sıx əlaqədə işləyirdi. Hər gün çoxlu sayda vaqon bu zavoda daxil olur, Qafqaz, Mərkəzi Asiya və Rusiyanın uzaq şərq regionuna daşınırdı.
-Nəsir müəllim, eşitmişik ki, bu zavod həmişə Mingəçevirin ən nümunəvi müəssisələrindən biri sayılıb. Burada nizam-intizam, səliqə-sahman olub. Şəhərə gələn qonaqları həmişə bu zavoda apararmışlar. Müəssisənin tanınmasında sizin payınız nədən ibarət idi?
– Mən bir söz adamı kimi günlük düşüncəyə, gündəmdə qalmaq prinsipinə ziddəm. Mən çalışırdım ki, tarixdə qala bilim. Fikrimi-zikrimi quruculuğa, tikintiyə yönəltmişdim. Qaz vurub, qazan doldurmaq prinsipindən də uzaq idim. Mingəçevirdən qayıdanda “bir lələ idim, bir şələ”. Heç vaxt dünya malında gözüm olmayıb. Umacağım yox idi. Bütün səy və zəhmətimi işçilərin rifahına yönəltmişdim. Məsələ ondadır ki, hər birimiz üçün xoşbəxtlik kriteriyaları kifayət qədər fərqlidir. Həyatda uğur qazanmış insanların uğur prinsiplərindən fərqli olaraq sözün əsl mənasında həyatda qalmaq üçün əsl mübarizə göstərmiş insanların həyat prinsipləri müəyyən mənada fərqlənir. Fərqin biri kresloda əyləşib, zəhmətkeşin tər qoxusunu duymalısan. Əks təqdirdə işdən, işgüzarlıqdan danışmağa dəyməz.
Esmira Hidayətova, Mingəçevir