Mingəçevirdəki A.Qurbani küçəsi də abadlaşdırıldı

95

 

Mingəçevirdə bu gün keçirilən sakinlərlə səyyar görüşdə sakinlər razı qaldılar. Görüşə gələn Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinləri salamladıqdan sonra əvvəlcə onlara şad xəbəri, Laçının azad olunması xəbərini çatdırdı. Bildirdi ki, Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdirildi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. İcra başçısı bu münasibətlə bütün xalqımızı və laçınlıları təbrik etdi.  Bu gün  keçirilən  səyyar görüşdə Millət vəkili Aydın Mirzəzadə də iştirak edib. Şəhərin A.Qurbani küçəsinin uzun illər zir-zibil içərisində qalması Mingəçevirdə hər kəsə yaxşı məlum idi. Bu sözləri öz çıxışında da deputat vurğuladı. Bildirdi ki, bura mənim ata yurdumdur: “Mən burada böyümüşəm. İlham müəllim başçı təyin olunanda xahiş etdim ki, bu ərazini abadlaşdırın. Sağ olsun, söz verdi, əməl etdi. İndi burada yaradılan şəritlə tanış olanda sanki adamın ürəyi açılır”.

Adətən belə görüşlərdə sakinlərdən bir çox şikayətlər problemlər eşidirdik. Amma bu dəfə tam fərqli oldu. Mikrofon qarşısına çıxan sakinlər görülən işlərə görə məmunluq bildirdilər. Sakinlər bildirdilər ki, gecələr bu kvartaldan keçmək mümkün olmurdu. İndi hər tərəf abadlaşıb, işıq çəkilib, hər tərəf gül-çiçəklə örtülüb. Sakinlər buranı meyvəli bağ da adlandırılar. Parkda hər cür meyvə və çiçəklər salınıb. Sakinlərlə görüşdə çıxış edən Aydın Mirzəzadə bildirdi ki, Mingəçevirdə çox böyük işlər görüləcək: ”Biz bunu icra başçısı ilə hər zaman müzakirə edirik. Sosial evlər tikiləcək, iş yerləri yaradılacaq. Ölkə rəhbərinin bu şəhərə böyük diqqət və qayğısı var”.

Sonda görüşdə iştirak edən millət vəkili və icra başçısı parkada yaradılan şəratlə tanış oldular.

Esmira Hidayətova, Mingəçevir