Mingəçevirdə yeni istirahət guşəsi salınır

124

 

Mingəçevirdə  daha bir istirahət guşəsinin hazırlanmasına start verildi. Sakinlər qarısında çıxış edən Mingəçevir Şəhər icra Hakimiyyətinin başçısı İlham İsmayılov diqqəti şəhərdə aparılan abadlıq quruculuq işlərinə yönəltdi. Qeyd etdi ki, respublika Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Mingəçevirdə quruculuq işləri uğurla davam edir. Bu gün burada Bayraq meydanının qarşısında prospektə giriş ərazisi borunca salınacaq istirahət məskəni buna əyani sübutdur. Açıq etiraf edim ki, əvvəlki illərdə salınmış Nəsimi parkı bağlar massivi ərazisində yaşayan isnsanların tələbatını tam ödəyə bilmədiyi üçün, burada istirahət edənlərin sıxlığı yarandığından belə tədbirlərin təşkilinə ehtiyac duyulur. Buna görə də havaların isti keçməsinə baxmayaraq bu işin görülməsinə start veriləcək.

Yeni istirahət məskəni təxminən1 kilometr ərazini əhatə edəcək. İşin əsas icraçıları yaşıllaşdırma və sanitar təmizlik idarəsinin, mənzil kommunal təsərrüfatı istehsalat birliyinin kollektivləridir.

İcra hakimiyyətinin başçısı İlham İsmayılov əraziyə dəvət olunmuş idarə, müəssisə və təşkilat rəhbərlərinə yerindəcə müvafiq göstrişlərini verdi, hər kəsə iş uğurları arzuladı.

Qeyd edək ki, istirahət guşəsi Mingəçevir Şəhər icra Hakimiyyətinin başçısı İlham İsmayılovun təşəbbüsü ilə salınır.

Esmira Hidayətova, Mingəçevir