Mingəçevirdə yanğın baş verib

478

 

Mingəçevir şəhərində başlayan yanğının söndürülməsi prosesi davam etdirilir. Hadisə bu gün axşam saat 22:30 radələrində şəhərin Mingəçevir kəndinin Günəş küçəsində Mehralı Bayramovun həyətində  qeydə alınıb. Vətəndaşa məxsus mal-qara tövləsində baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Mingəçevir Dövlət Yanğından Mühafizə Hissəsinin  şəxsi heyəti cəlb olub. Yanğın böyük ərazini əhatə etdiyi üçün və yaxınlıqdakı evlər və yardımçı tikililərin yanmaq təhlükəsi olduğu üçün əraziyə 4 yanğınsöndürən avtomobil cəlb olunub. Hazırda yanğının söndürülməsi üçün işlər davam etdirilir. Yanğın zamanı tövlədə mal-qaranın olduğu və ev sahibinə xeyli ziyan dəydiyi bildirilir. Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma apırlır.

Esmira Hidayətova, Mingəçevir.