Mingəçevirdə Xocalı soyqırımı qurbanları anılıb

0
381

Fevralın 26-da Mingəçevir  Şəhidlər xiyabanında Xocalı faciəsinin 28-ci ildönümü münasibətilə təşkil olunan anım mərasimində şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov,   aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, Mingəçevirdə məskunlaşmış xocalı sakinləri, mətbuat və KİV-ni təmsil edən nümayəndələri iştirak ediblər.

 Anım tədbirinə gələnlər soyqırım abidəsi önünə gül dəstələri qoyub, Xocalı soyqırım faciəsinin qurbanlarına ehtiramlarını bildiriblər. Mingəçevir Dövlət Dram teatırının foyesində şəhərin ümumtəhsil məktəblərinin Xocalıya həsr olunmuş rəsm sərgisinə baxış keçirilib. Daha sonra” Xoca “filmi nümayiş olunub.

Esmira Hidayətova, Mingəçevir