Mingəçevirdə Xocalı faciəsinin 27-ci ildönümünə həsr edilmiş Debat keçirildi

Mingəçevir Gənclər Evində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Mingəçevir Gənclər və İdman İdarəsinin, Mingəçevir Şəhər Təhsil Şöbəsinin, Mingəçevir Gənclər Evinin,”Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin, Milli Debat Proqramının, Mingəçevir Regional Debat Mərkəzinin və “Gələcək Gənclərlə Gələcək” Gənclər İctimai Birliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Mingəçevir Gənclərinin Natiqlik Forumu” layihəsi çərçivəsində ( Layihə çərçivəsində 19-cu tədbir )  Xocalı Faciəsinin 27-ci ildönümünə həsr edilmiş “Faciələrin qəhrəmanlıq simvolu kimi təqdim olunması labüddür” mövzusunda,  Mingəçevir şəhər 3 nömrəli tam orta məktəbin və  Mingəçevir şəhər Texniki Humanitar liseyinin şagirdləri arasında  Debat keçirildi.


Tədbirdə açılış nitqi ilə çıxış edən Mingəçevir Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli Mingəçevir Regional Debat Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirərək, ölkədə aparılan gənclər siyasətindən, gəncələrə göstərilən diqqət və qayğıdan  danışdı və mövzununXocalı Faciəsinə həsr olunmasının önəminə toxundu.

Tədbirin gedişində çıxış edən Mingəçevir Gənclər Evinin əməkdaşı Rəşad Qurbanov debatların gənclərin inkişafında mütəsna rol oynadığınından danışdı, bundan sonrada Mingəçevirdə debatın inkişafı üçün Gənclər Evi olaraq hər zaman dəstək olacaqlarını bildiridi. 

Daha sonra çıxış edən layihə rəhbəri Etiram Sadıqzadə forumda iştirak edəcək bütün gənclərə uğurlar arzuladı. Foru

mun final mərhələsinin vaxtını elan etdi.

Esmira Hidayətova